YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çexiya Prezidenti Miloş Zeman Azərbaycana gələcək

Serj Sarkisyan aprelin 24-də dünya liderlərini Yerevana çağırdığı bir zamanda, Çexiya Prezidenti Miloş Zeman həmin gün Vatikana səfər etməyi planlaşdırır.
Çexiya dövlətinin rəhbəri Azərbaycana da səfər etməyi planlaşdırır. Bu barədə jurnalistlərə Respublika Prezidenti Dəftərxanasının xarici siyasət komitəsinin direktoru Ginek Kmoniçek məlumat verib. Praqa Şəhəri Administrasiyasının mətbuat katibi İrji Ovçaçek təsdiqləyib ki, Prezident Zeman Çexiyaya neft ixrac edən ikinci böyük ölkə sayılan Azərbaycana sentyabrın ortalarında gəlməyi planlaşdırır.
Keçən il Azərbaycan KİV-ləri Praqadakı səfir Fərid Şəfiyevə istinad edərək xəbər vermişdi ki, Çexiya hökuməti Azərbaycanı çex firmalarının istifadəsi üçün potensial prioritet bazar olaraq seçib və qarşılıqlı əməkdaşlığı genişləndirməyə çalışır. Ötən cümə axşamı M.Zeman ilə Praqa qalasını ziyarət edərkən sənaye və ticarət naziri Yan Mladek də Bakı ilə strateji tərəfdaşlığın inkişaf etdirilməsindən bəhs edib.