YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Pirallahı rayon təşkilatında tədbir keçirilib

Aprelin 14-də Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı “Kamil Rzayev 25” ünvanında yerləşən ərazi partiya təşkilatında iclas keçirilib.

Yığıncaqda əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.    

İclasın  gündəliyi səsvermə yolu ilə təsdiq edildikdən sonra məsələ ətrafında çıxışlar, təkliflər dinlənilib.

Tədbir iştirakçılarının əksəriyyətinin dəstəyi ilə Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Sarıməmmədov Röyal Tofiq oğlu ərazi partiya təşkilatının sədri seçilib. Ona göstərdikləri etimada görə partiya üzvlərinə təşəkkürünü bildirən sədr bildirdi ki, “bu gün Azərbaycan xalqının seçiminin Yeni Azərbaycan Partiyası olmasının da arxasında məhz dövlətçiliyə bağlılıq, milli mənafeyinin qorunması kimi müqəddəs amallar dayanır. Qürurverici haldır ki, Yeni Azərbaycan Partiyası eyni zamanda Ümummilli lider Heydər Əliyev ideyalarının daşıyıcısı, müasir Azərbaycan gəncliyinin güvənc yeridir. Gənclərin mütləq əksəriyyəti Ulu öndərin ideyalarının ən layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Partiyamızın sədri, Müzəffər Ali Baş Komandan  cənab İlham Əliyevin ətrafında sıx birləşərək sonsuz inam və sadiqlik nümayiş etdirir. Bunun yaxın tariximizdəki ən bariz təsdiqi 44 günlük Vətən müharibəsində gənclərimizin göstərdiyi yüksək səfərbərlik və vətənpərvərlik ruhu olmuşdur”.

Yığıncaqda iştirak edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı Vüqar Nəsirov Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan rolundan və nüfuzundan danışdı.  Bu gün partiyanın sıralarında 760 mindən çox üzvü birləşdirməsini Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın göstəricisi kimi qeyd etdi. Natiq vurğuladı ki, xalqın partiyanın gələcəyinə inamı böyükdür, bunu ölkədə keçirilən seçki proseslərində  fəal iştirakları və dəstəkləri ilə təsdiqləyirlər. Ərazi təşkilatının fəaliyyətinə toxunan Vüqar Nəsirov qeyd etdi ki, Kamil Rzayev 25 ərazi partiya təşkilatı öz üzərinə düşən vəzifələrə daim məsuliyyətlə yanaşan fəal qurumlardandır və gələcəkdə də bu sahədə fəaliyyətini günün tələbləri səviyyəsində quracağına inam böyükdür.

İclasın sonunda Yeni Azərbaycan Partiyasına  üzv olmaq üçün müaricət etmiş bir sıra şəxslərə üzvlük vəsiqələri təqdim edildi.

DİGƏR Xəbərlər Arxiv