YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Zəbiyulla Məmmədovun xatirəsi anılıb

Aprelin 14-də Nizami rayonunda Vətən müharibəsi şəhidi Zəbiyulla Şahin oğlu Məmmədovun doğum günündə əziz xatirəsi yad olunub.

Bununla əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Könül Nurullayeva, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, rayonun güc strukturlarının rəhbərləri, Missiya Media Qrupunun təmsilçiləri və ictimaiyyət nümayəndələri şəhidin Maştağa kəndi Şəhidlər Xiyabanındakı məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar. Orada şəhidin atasına Prezident İlham Əliyevin Sərəncamı ilə Zəbiyulla Məmmədovun təltif olunduğu “Suqovuşanın azad olunmasına görə” medalı təqdim edilib.

Sonra şəhidin yaşamış olduğu binanın önündə inşa edilmiş xatirə kompleksinin qarşısında YAP Nizami rayon təşkilatının və şəhidin məzunu olduğu 229 saylı orta məktəblə birgə təşkil etdiyi tədbir keçirilib.

Tədbirdən öncə şəhid Zəbiyulla Məmmədovun adını daşıyan sinfin şagirdlərinin yürüşü olub. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Abidə kompleksinin önünə gül dəstələri düzülüb.

Sonra çıxış edən Milli Məclisin deputatı Könül Nurullayeva, Nizami Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Yusif Əliyev, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, müəlliməsi Rəsmiyyə Bayramova, həmçinin döyüş yoldaşları, komandirləri və başqaları müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən danışıblar.

Qeyd ediblər ki, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edildiyi, onların əziz xatirələrinin daim uca tutulduğu diqqətə çatdırılıb.

Şəhidin atası Şahin Məmmədov çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Həmçinin şəhidlərin ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Tədbirdə məktəblilərin hazırladıqları vətənpərvərlik şeirləri səsləndirilib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsinin şəhidi Zəbiyulla Məmmədov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

DİGƏR Xəbərlər Arxiv