YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamalda ərazi partiya təşkilatının üzvləri ilə görüşü keçirilib

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının “İnşaatçılar prospekti, 7" ünvanında yerləşən ərazi partiya təşkilatının üzvləri ilə görüşü keçirilib.

Tədbiri giriş sözü açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Vətən müharibəsinin 44 gün ərzində qələbə ilə bitməsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin məharətli və qətiyyətli rəhbərliyinin, ordumuzun müasir hərbi texnika ilə təchizatının, əsgər və zabitlərimizin hazırlıqlı olmasının, xalqımızın birliyi nəticəsində mümkün olub.

O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən dinamik və novatorcasına inkişaf etdirilməsi nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atır. Nəticədə ölkəmiz qloballaşan dünyada öz mövqeyini yüksəldir.

Daha sonra çıxış edən "İnşaatçılar prospekti, 7" ərazi ilk partiya təşkilatının üzvü Sevinc Tahirova çıxış edib.

Sonda "İnşaatçılar prospekti, 7" ünvanında yerləşən ərazi partiya təşkilatında YAP-a yeni üzv olan əməkdaşlara üzvlük vəsiqələri təqdim olunub.