YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi şəhidi Aqil Məlikovun əziz xatirəsi anılıb

Quba rayonunda Alpan kənd sakini şəhid Məlikov Aqil Niyaz oğlunun doğum günü qeyd olunub. Bu münasibətlə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilat nümayəndələri şəhidin ailəsini ziyarət edib, dərin hüznlə başsağlığı veriblər.

Görüş zamanı Aqilin vətənə, torpağa, elə-obaya bağlılığından və döyüşlərdə göstərdiyi şücaətdən danışılıb.

Partiya üzvləri şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamları ilə şəhid Aqil Məlikov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.