YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aprel döyüşləri şəhidi Dilsuz Qarayevin məzarı ziyarət olunub

2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Ağcabədi rayonunun Hindarx qəsəbə sakini Dilsuz Qarayevin məzarı ziyarət olunub.

Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və bir qrup YAP fəalı şəhidin məzarı önünə tər güllər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov Dilsuz Qarayevin vətənpərvərliyindən, cəsurluğundan, Aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqdan bəhs edib.  Bildirib ki, Dilsuz kimi Vətən oğullarının sayəsində əldə edilmiş qələbə silahlı qüvvələrin şəxsi heyətində böyük ruh yüksəkliyi yaradaraq böyük Zəfərin başlanğıcını qoydu. 

Daha sonra Hindarx qəsəbə 2 saylı tam orta məktəbin şagirdləri şəhidlərin xatirəsinə həsr edilmiş şeirlər səsləndiriblər.

Partiya üzvləri şəhid Dilsuz Qarayevin ailəsini də ziyarət edib, qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidin anası Cəvahir Hacıyeva qəhrəman övladının qısa, ancaq şərəfli ömür yolundan danışıb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.