YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqı doğru və müdrik seçim etdi

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı növbəti dəfə də doğru və müdrik seçim etdi və 86,03 faiz səs toplayan cənab İlham Əliyevi xalqımız yenidən Azərbaycan Respublikasının Prezidenti postunda görmək istədi və seçkilərin nəticələri bir daha Azərbaycan xalqının Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirdi. Əslində, ümummilli liderimiz Heydər Əliyevin xeyir-duası ilə 2003-cü ildən başlanan yolu, cənab İlham Əliyev yeni tarixə şəraitə, yeni çağırışlara uyğun olaraq uğurla və qətiyyətlə davam etdirir. Həmçinin, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin seçkilərdə parlaq qələbə qazanması Azərbaycan vətəndaşlarının sabitliyə, təhlükəsizliyə və davamlı inkişafa səs verməsinin əyani ifadəsidir. Azərbaycan xalqı doğru seçimini etməklə özünün siyasi iradəsini bütün dünyaya bir daha çatdırmış oldu. Bu qələbə bütövlükdə Azərbaycan xalqının, lider-xalq birliyinin sarsılmaz olduğunu bir daha sübut etməklə, həm də Azərbaycanda demokratiyanın növbəti təntənəsi oldu.

Ötən 4 il sübut etdi ki, xalq 11 apreldə öz seçimində yanılmayıb və yeganə düzgün qərar qəbul edib. Əslində, bu seçim həm də o demək idi ki, xalqımız cənab İlham Əliyevə səs verərkən Ümumilli Lider Heydər Əliyev siyasətinə yenidən səs vermiş oldu. Çünki Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan artıq 18 ildir ki, etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından "Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 18 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Bu mərhələnin başlanğıc nöqtəsi 2003-cü il 15 oktyabr tarixli prezident seçkilərində cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini toplayaraq (76,86 %) dövlətin ali rəhbəri seçilməsi ilə qoyuldu. Azərbaycan xalqı dostu düşməndən, halalı haramdan, yaxşını pisdən ayırmağı bacaran, seçkilər keçirməkdə kifayət qədər təcrübəsi olan müdrik xalqdır, onu bəlağətli çıxışlarla, boş vədlərlə aldatmaq çətindir. Bu günə kimi bütün seçkilərdə xalqımız düzgün seçim edib. Xalq öz qəlbinin hökmü ilə İlham Əliyev cənablarına səs verməklə, sabitliyə, tərəqqiyə, ulu öndər Heydər Əliyevin siyasi və iqtisadi kursunun davam etdirilməsinə səs verdi. Çünki Azərbaycan xalqı Prezident İlham Əliyevi sözü ilə əməli bir olan, bütün fəaliyyətini Vətənimizin inkişafına, tərəqqisinə, çiçəklənməsinə, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə, insanların həyat səviyyəsinin daim yüksəldilməsinə, işsizliyin və yoxsulluğun minimuma endirilməsinə, ölkəmizin bütün dünyada müsbət imicinin formalaşdırılmasına yönəldən və bu sahələrdə çox böyük uğurlar qazanan həqiqi lider kimi tanıyır.

2018-Cİ İL 11 APREL SEÇKİLƏRİ – İLHAM ƏLİYEVİN PARLAQ QƏLƏBƏSİ XALQIN BU SİYASƏTƏ TAM DƏSTƏYİNİN REALLIĞIDIR

11 aprel 2018-ci il prezident seçkiləri və bu seçkilərin nəticələri bir daha təsdiq etdi ki, xalqımız ulu öndər, dünya miqyaslı siyasətçi Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kursa alternativ görmür. Ədalətli, şəffaf demokratik prinsiplərin əsasında qanunauyğun, seçicilərin fəallığı və mütəşəkkiliyi ilə keçirilən seçkilərdə cənab İlham Əliyevin parlaq qələbəsi xalqın bu siyasətə tam dəstəyini ifadə etdi. Azərbaycan xalqı cənab İlham Əliyevə yenidən etimad göstərməklə həm də bu günə kimi görülmüş işlərə yüksək qiymət verdi. Çox saylı yerli və beynəlxalq müşahidəçilər, ictimaiyyət tərəfindən diqqətlə izlənilən seçkilərdə cənab İlham Əliyevin parlaq qələbəsi iqtidar-xalq birliyinin sarsılmaz olduğunu nümayiş etdirməklə yanaşı, bütövlükdə Azərbaycan xalqının zəfəridir. Bu zəfər ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95 illiyinə, müstəqil respublikamızın varisi olduğu müsəlman şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə mühüm töhfədir. Son 18 ildə beynəlxalq tələblər səviyyəsində həyata keçirilən hüquq islahatları deməyə əsas verir ki, hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində hər bir vətəndaşın layiqli prezidenti olacağını bəyan etmiş möhtərəm İlham Əliyev bu vədini əməli işi ilə doğrultmuş, hüquq sisteminin daha da təkmilləşməsini uğurla təmin etmişdir. Ölkə vətəndaşları inanır ki, Azərbaycanda demokratiyanın və vətəndaş cəmiyyəti təsisatlarının inkişafına xidmət üçün bu islahatlar qarşıdakı illərdə də inamla və qətiyyətlə davam etdiriləcəkdir. Və bu gün son 18 ildir ki, Azərbaycan xalqının etimadı əsasında ölkəyə rəhbərlik edən Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi kursunu şaxələndirərək, uğurla reallaşdırması nəticəsində perspektiv baxımdan əhəmiyyətli nəticələrin əldə olunmasına səbəbkar olub.

Son 18 ildə həyatımızın, demək olar ki, elə bir sahəsi yoxdur ki, orada qlobal müsbət dəyişikliklər baş verməsin, çox böyük uğurlara imza atılmasın. Bütün bunları xalq görür və yüksək qiymətləndirir. Fikrimizin təsdiqi kimi bəzi faktlara diqqət yetirək. Son 18 il ərzində bu yöndə respublikamızın həyatında qlobal mahiyyət kəsb edən 10-dək dövlət proqramları qəbul edilmiş və onlar çox böyük uğurla reallaşdırılmışdır. Son 18 il ərzində 3100-dən yuxarı məktəb, 650-dən çox tibb müəssisəsi tikilmiş və yuxad təmir edilmiş, 45-ə yaxın olimpiya idman kompleksləri inşa edilərək əhalinin istifadəsinə verilmişdir. Bütün bu işlər dövlət büdcəsindən ayrılmış vəsaitin hesabına həyata keçirilir.Ən əsası isə, 30 il həsrətində olduğumuz Qarabağ azadlığına qovuşub. Qarabağ Azərbaycandır reallığı, Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdi, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı.

Bütün dünya Azərbaycanın nə qədər güclü və qüdrətli dövlət olduğunu bir daha gördü. Dövlət başçımızın dediyi kimi: “...Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlərboyu biz yaşamışıq, bizim xalqımız yaşayıb...”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev düşmən tapdağından azad edilən Füzuli şəhərinə üçrəngli şanlı bayrağımızı ucaldanda demişdi.

Bəli, 30 ildən sonra düşməni doğma torpaqlarımızdan qovduq və öz el-obamıza, dədə-baba yurdumuza qayıtdıq. Müqəddəs bayrağımızı bir daha enməmək şərtilə ucaltdıq. Və bunu qələbəmizin memarı İlham Əliyev etdi. Müzəffər Ali Baş Komandan doğma Qarabağımıza qalib xalqın qalib sərkərdəsi kimi qədəm qoydu. Özü də Ermənistanla üçtərəfli bəyanat imzalanandan 6 gün sonra...”.

44 günlük Vətən müharibəsi zamanı bütün dünya bir daha şahidi oldu ki, Azərbaycan həqiqətən də güclü dövlətdir, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi ordu quruculuğu nəticəsində dünyanın ən güclü 50 ordusundan birinə çevrilən Azərbaycan Ordusu bu gün döyüş meydanında öz sözünü dedi və işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Və Zəfər tarixini yazan cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə Müzəffər Ali Baş Komandan kimi adını əbədi olaraq tarixə yazdı. Büdur, Azərbaycan xalqının Lideri olmaq. Budur, hər bir azərbaycanlının Prezidenti olmaq. Çünki Prezident İlham Əliyev son 18 illik prezidentlik fəaliyyəti dövründə verdiyi bütün vədlər gerçəkliyə çevrilir. Xalq inanır ki, Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir. Azərbaycan Prezidenti İlham Əliyevin bundan sonra dövlətimizə başçılıq etdiyi illərdə də Azərbaycan uğurla inkişaf edəcək, işğaldan azad edilmiş ərazilərimiz tezliklə yenidən qurulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ cənab Prezidentin dediyi kimi: "Əsl cənnət məkanına çevriləcək".