Xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayı münasibətilə paylaşım edib
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/7cfd810eb28cb02e723c54b7e2e8f334.jpg&w=360)
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Ramazan ayı ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir: “İnsanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağıran mübarək Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Allah dualarınızı, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, Vətənimizə sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin!”.