YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kənan Yavuz: “Petlim” 400 milyon dollar sərmayə ilə tamamlanacaq

Türkiyənin üçüncü, Egey bölgəsində isə ilk böyük liman olan “Petlim” 400 milyon dollar sərmayə ilə tamamlanacaq.
Bu barədə “SOCAR Türkiyə”nin baş icraçı direktoru Kənan Yavuz məlumat verib. O bildirib ki, biz yalnız limanın inşasını həyata keçiririk. Avadanlıqla təchizatı isə limanı idarə edəcək şirkət öz üzərinə götürüb. Hazırda tikinti işlərinə 300 milyon dollar həcmində vəsait xərclənib.
“Limanın idarəçiliyi 28 il müddətində Hollandiyanın “APM Terminals” şirkəti tərəfindən həyata keçiriləcək. Limanın ən böyük xüsusiyyəti Pire limanının alternativi olmasıdır. Hazırda Egey dənizində böyük gəmilərin yanaşa biləcəyi bir liman yoxdur. Bundan sonra “Petlim” limanı dünyanın ən böyük konteyner gəmilərini qəbul edə biləcək”, – deyə K.Yavuz bildirib.
Qeyd edək ki, ilkin mərhələdə ötürücülük qabiliyyəti 1,5 milyon TEU olacaq limanın gücünün sonradan iki dəfəyədək artırılması planlaşdırılır.