YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Qırğızıstan arasında əmtəə dövriyyəsi 1,5 dəfə artıb

Azərbaycan ilə Qırğızıstan arasında əmtəə dövriyyəsi 1,5 dəfə artıb.

Bu barədə MDB-nin iştirakçısı olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Bişkekdə keçirilən iclasında məlumat verilib.
Qırğızıstan İqtisadiyyat Nazirliyinin məlumatına görə, iki ölkə arasında əmtəə dövriyyəsi 2013-cü ildə 15,8 milyon dollar, 2014-cü ildə isə 24,3 milyon dollar təşkil edib.
Tədbirdə deyilib: “Ötən il Azərbaycana ixracın həcmi 3,7 milyon dollar, Azərbaycandan idxalın həcmi isə20,6 milyon dollar təşkil edib”.
2012-ci ildə Azərbaycandan Qırğızıstan iqtisadiyyatına 39,9 min dollar, 2013-cü ildə isə 17,1 min dollar sərmayə yatırılıb.