YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezidentin köməkçisi: Azərbaycan beynəlxalq sülhə və təhlükəsizliyə töhfəsini verir

Bu gün və gələcəkdə bizim əsas prinsipimiz beynəlxalq hüququn prinsiplərini izləmək, onu müdafiə etmək olacaq. Azərbaycan bu prinsipləri rəhbər tutaraq beynəlxalq sülhə və təhlükəsizliyə töhfəsini verir.

Bu sözləri Şuşada Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantıda çıxışı zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

Prezidentin köməkçisi deyib ki, Azərbaycan, həmçinin çoxtərəfli yanaşmanı seçib, BMT-nin müxtəlif institutları ilə sıx əməkdaşlıq edir. “Təhlükəsizlik sahəsində Azərbaycan sıx əməkdaşlığı davam etdirir və praktiki addımlar ataraq prosesə öz töhfələrini verir. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının mandatı əsasında dünyanın müxtəlıf nöqtələrində sülhməramlı missiyaya dəstək verir. Kosovo, Əfqanıstan və digər ölkələrdə Azərbaycanın sülhməramlı missiyası fəaliyyət göstərib. Bu gün Sudanda Azərbaycan sülhməramlıları var”, - deyə Hikmət Hacıyev vurğulayıb.