YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada Novruz bayramı münasibətilə tədbir keçirilib

Xalqımızın milli-mənəvi irsini təcəssüm etdirən Novruz bayramı münasibətilə Ağstafada ümumrayon tədbiri keçirilib.

Ağstafa şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və təşkilatın əməkdaşları, ərazi partiya təşkilatlarının rəhbərləri, partiya fəalları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, həmçinin ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstələri düzüblər.

Sonra ağstafalı yeniyetmə və gənclərin əl işlərindən ibarət təşkil olunmuş sərgilərə, Novruzun rəmzləri olan kosa və keçəlin, bahar qızın iştirakı ilə, eləcə də uşaqların təqdimatında xalqımızın qədim milli ənənələrinə həsr olunmuş şeir və mahnılardan ibarət kompozisiyalara, folklor kollektivlərinin nümunəvi çıxışlarına tamaşa edilib. Gənc qol güləşçiləri və pəhləvanların nümunəvi çıxışları da böyük marağa səbəb olub.

Bayram tədbiri yerli mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri geniş konsert proqramı ilə davam etdirilib.

Sonda bayram tonqalı alovlandırılıb.