YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanov rayonunda Novruz bayramı münasibətilə humanitar yardım aksiyası keçirilib

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının təşəbbüsü ilə Novruz bayramı münasibətilə Nərimanov rayonunda yaşayan şəhid, qazi və aztəminatlı ailələrə humanitar yardım aksiyası keçirilib.

Aksiya çərçivəsində rayon ərazisində yaşayan 50-dən çox şəhid, qazi və aztəminatlı ailələrə AVRORA Group MMC-nin istehsalı olan gündəlik ərzaq məhsullarından ibarət bayram sovqatı təqdim olunub.

YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev şəhid, qazi və aztəminatlı ailələrlə görüşərək onları qarşıdan gələn milli-mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz Bayramı münasibəti ilə təbrik edib, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin, əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşadığını bildirilib, həmçinin, onların ailə üzvlərinin hər zaman dövlətimizin və partiyanın diqqətində olduğunu vurğulayıb. Eyni zamanda, təşkilat sədri müharibə zamanı sağlamlığını itirmiş qazilərimizin və sosial yardıma ehtiyacı olan aztəminatlı ailələrin də daim diqqətdə saxlanıldığını qeyd edib.

Aksiyada Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının ərazi partiya təşkilatlarından Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, SOCAR-ın Kompleks Qazma İşləri Tresti iştirak edərək öz bayram sovqatlarını ailələrə çatdırıb. Şəhid, qazi və aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, humanitar yardım aksiyası 17-18 mart tarixlərində davam etdirilir.

DİGƏR Xəbərlər Arxiv