YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələri düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır

Ermənistanın elektron kütləvi informasiya vasitələrinin Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə guya təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydığı növbəti məlumat yalan və uydurmadır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Erməni silahlı qruplaşmaları arasındakı ziddiyyətlər, Ermənistandan çağırılan hərbi qulluqçularla Dağlıq Qarabağın yerli erməniləri arasındakı daxili çəkişmələr nəticəsində bir-birini güllə-boran etməsindən sonra düşmən hər dəfə Azərbaycan tərəfini günahkar çıxarmağa cəhd göstərir. Heç şübhəsiz ötən gecə cəbhədə baş verən hadisə də məhz bu qəbildəndir.
Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır.

 

DİGƏR Xəbərlər Arxiv