YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeronda şəhid Emil Mayılovun doğum günü qeyd edilib

Abşeron rayonunda Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülən şəhid mayor Mayılov Emil Şahid oğlunun 36-cı doğum günü qeyd edilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Dövlət Sərhəd Xidmətinin zabitləri, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Milli Məclisin deputatı Şahin Seyidzadə, rayon Gənclər və İdman İdarəsinin rəisi, şəhid ailələri və qazilər II Fəxri xiyabanda şəhidimizin məzarını ziyarət ediblər. Vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, məzarları üzərinə tər çiçəklər düzülüb.

Bildirilib ki, Emil Mayılov 2021-ci il noyabrın 30-da “Mi-17” helikoterinin “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olub.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onun göstərdiyi xidmətdən və göstərdiyi şücaətdən bəhs edilib, məktəblilər vətənpərvərliyə və qələbəyə aid şeirlər səsləndiriblər.

Şəhid ailəsi onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğı göstərildiyini qeyd edərək, buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.