YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskva Bəyannaməsi mahiyyət və əhəmiyyəti ilə fərqlənir

Bu günlərdə Moskvada Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyevin və Vladimir Putinin imzaladıqları 43 bənddən ibarət “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfəiklik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamədə iki ölkə arasındakı münasibətlərin perspektivləri yeni reallıqlar baxımından tənzimlənir.

İmzalanan Bəyannamənin Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən olan Rusiya federasiyası ilə diplomatik münasibətlərinin qurulmasının 30 illiyinə təsadüf etməsi sənədin əhəmiyyətini daha da artırır. Sənəddə müttəfiqliyin möhkəmlənməsi ilə bağlı aktual məsələlərə xüsusi diqqətlə yanaşılmışdır. Rusiya ilə Azərbaycan  arasında dostluq və mehriban qonşuluq münasibətlərinin  tarixinə,  mədəni və humanitar əlaqələrin,  xalqlarımızın maraqlarına  uyğun hazırlanan sənəd  regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsinə və möhkəmləndirilməsinə töhfə verəcək.  Moskva Bəyannaməsi Azərbaycanla Rusiya arasında möhkəmlənən dövlətlərarası münasibətlərə yeni baxış olmaqla əməkdaşlığın inkişafı üçün geniş perspektivlər açır. İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran Azərbaycan Ermənistan üzərindəki Qələbəsi ilə bölgədə siyasi, iqtisadi qüdrəti, diplomatik uğurları, hərbi üstünlüyü ilə seçilən ölkə olduğunu təsdiqlədi. 10 noyabr 2020-cildə Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatda Azərbaycanın maraqlarını əks etdirən məsələlərin yer alması bölgədə sabitliyi təmin edən yeni reallıqların yaranmasında xüsusi xidmətləri olan ölkəmizin uğurlarının təzahürüdür. Xarici siyasətinə uyğun olaraq bütün ölkələrlə münasibətlərini qarşılıqlı hörmət və etimad prinsiplərinə uyğun inkişaf etdirən Azərbaycanın bu sahədəki səylərinin bariz nümunəsi ölkəmizin tolerant, multikultural dövlət kimi tanınmasıdır. Vətən müharibəsindən sonra Azərbaycana hər zaman qardaş dəstəyi göstərən Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik münasibətlərini əks etdirən Şuşa Bəyannaməsinin, daha sonra Türkiyə, Azərbaycan və Pakistan parlamentləri sədrlərinin iştirakı ilə Bakı Bəyannaməsinin imzalanması dünya siyasətində söz sahibi olan Azərbaycana beynəlxalq səviyyədə artan maraqdan qaynaqlanır. İmzalanan sənədlərdə qeyd olunan bəndlərə uyğun dövlətlərarası nəqliyyat, ticarət, energetika, xalqlararası təmas, təhsil, sosial və mədəniyyət mübadiləsi, turizm, informasiya- kommunikasiya texnologiyaları sahəsində regional əməkdaşlıq üçün əlaqələrin inkişafı bütünlükdə dünya siyasətinə təsir edəcək amillərdən olmaqla dövlətimizin maraqlarına tam cavab verir.

Moskvaya səfəri çərçivəsində imzalanan sənədin əhəmiyyətini “Bu Bəyannamə bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə çıxarar” sözləri ilə vurğulayan   Prezident İlham Əliyev onu da əlavə edir ki, Qafqaz regionunda və Xəzərətrafı bölgələrdə sabitliyin, təhlükəsizliyin təmin edilməsində tərəflərin üzərinə düşən vəzifələrin əks olunduğu Bəyannamədən irəli gələn vəzifələrin yerinə yetirməsində tərəflər qarşılıqlı olaraq məsuliyyət daşıyırlar. Bəyannəmənin imzalanması ilə Ermənistana növbəti zərbəni vuran dövlət başçımızın vurğuladığı kimi, ölkəmizlə belə yaxınlıq o deməkdir ki, şimal qonşumuz işğalçı dövlətlə əməkdaşlığa qeyri-ciddi yanaşır. Prezidentlərin görüşündə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli Bəyanatdan irəli gələn vəzifələrin icrası ilə bağlı müzakirələrin aparılması bölgədə sülhün, sabitliyin təminatına göstərilən diqqətdir. Prioritet məsələ kimi nəqliyyat əlaqələrinin yaradılması, kommunikasiyaların açılması, Azərbaycan–Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin sürətləndirilməsi ilə bağlı məsələlərin Bəyannamədə xüsusi olaraq vurğulanması tərəflər arasında etimadı, məsuliyyətini artırır. Sərəhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, beynəlxalq terrorizmə və separatçılığa qarşı birgə mübarizə, biri-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək, müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən çəkinmək kimi beynəlxalaq hüquq normalarına uyğun prinsiplərin sənəddə yer alması tərəflər arasında inamı gücləndirir. “Ölkələrimiz arasında çox geniş müqavilə-hüquq bazası vardır, 245 sənəd imzalanıb. Lakin onların arasında bu gün imzalanmış Bəyannamə xüsusi əhəmiyyət kəsb edir. Bu Bəyannamə bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə çıxarır. Bu, həm böyük imtiyaz, həm də böyük məsuliyyətdir” söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, Bəyannamənin hər bəndi münasibətlərimizin xarakterinə, dostluq hisslərinə, qarşılıqlı maraqlara və gələcək hədəflərə yönəlir, böyük perspektivlər açır, müsbət meyillər artır.

Prezident İlham Əliyevin “Artıq “3+3”” deyilən əməkdaşlıq platforması mövcuddur. Əminəm ki, bu platformanın iştirakçıları olan tərəflər ilk addımı atandan sonra, o cümlədən bu sahədə də əməkdaşlıq edəcəklər. Bu gün regionda kommunikasiyaların açılması məsələsi də müzakirə edildi və düşünürəm ki, bu məsələnin çox yaxşı perspektivi var” sözləri üçtərəfli Bəyanatda qeyd olunan Zəngəzur dəhlizinin bərpasını qaçılmaz edir.

Bəyannamədə ikitərəfli hərbi əməkdaşlığın genişlənməsi məsələləri də öz əksini tapır. Azərbaycanın ölkəmizin müdafiə qüdrətinin möhkəmlənməsi istiqamətinda davam etdirdiyi siyasətə, maraqlarına tam cavab verir”. Sənəddə qeyd olunan “Tərəflər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Silahlı Qüvvələri arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər” sözləri bu öhdəliyi təsdiqləyir. Hər iki respublikanın beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirilməsi ilə bağlı razılaşmalar da 44 günlük Vətən müharibəsində erməni faşizmini məğlub etməklə terrorizmə qarşı mübarizəyə böyük töhfə verən dövlətimizin maraqlarına tamamilə uyğundur. Hər iki dövlətin xüsusi xidmət orqanları arasında əməkdaşlığın genişlənməsinə, qarşılıqlı məlumat mübadiləsi prosesinin daha da optimallaşmasına da öz müsbət təsirini göstərəcək ki, bu da regionun təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi baxımından mühüm əhəmiyyətə malik Moskva Bəyannaməsi beynəlxalq qanun və konvensiyalara tamamilə uyğundur və hər hansı üçüncü dövlət üçün heç bir təhdid təşkil etmir” və tarixi mahiyyəti ilə  fərqlənir. Əksinə, Azərbaycan regional güclərlə müttəfiqlikləri möhkəmləndirilməsi Azərbaycanın gücünə güc qatır və regionda söz sahibinə çevirmişdir.

Azər Süleymanov,

YAP Nəsimi rayon təşkilatının sədri