YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Azərbaycana həqiqəti demək imkanı yaradan Rusiya KİV-lərinə təşəkkürünü bildirib

Çoxları deyir ki, biz informasiya müharibəsini uduzmuşuq. Lakin biz elə müharibə aparmamışıq. Biz, sadəcə, imkan qazandıq, dünyanın diqqəti bu müharibəyə yönəldiyinə görə biz, sadəcə, həqiqəti demək imkanı qazandıq.

Bu fikirləri Prezident İlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı KİV-in Azərbaycana münasibətdə tutduğu mövqeyi şərh edərkən səsləndirib.

Dövlətimizin başçısı deyib: “Erməni tərəfindən fərqli olaraq biz öz xalqımıza da, ictimaiyyətə də həqiqəti deyirdik. Buna görə mən həm sizə, həm də bu imkanı yaradan digər Rusiya KİV-lərinə təşəkkür edirəm. Dmitri Konstantinoviçə (“Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru –red.) xüsusi təşəkkürümü bildirirəm ki, o, efirdə Paşinyan ilə olmağa və necə deyərlər, öz mövqeyimizi Rusiya və bir sıra qərb televiziya tamaşaçılarına çatdırmaq imkanı verdi”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycana qarşı qərəzli əhval-ruhiyyədə olan qərb KİV-lərindən fərqli olaraq, Rusiya media məkanı bütövlükdə neytral olub. “Əlbəttə, bəzi şəxsi məqamlar istisna olmaqla bütövlükdə neytrallıq tamamilə qorunub saxlanıb. Buna görə də təşəkkür edirəm, çünki heç də həmişə belə olmayıb”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv