YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat Ramil Həsən Ucarda seçiciləri ilə görüşüb

Milli Məclisinin deputatı Ramil Həsən Ucar rayon Heydər Əliyev Mərkəzində seçiciləri ilə növbəti qəbul keçirib.

Qəbuldan öncə deputat Ramil Həsən Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədovla görüşüb, rayonda görülən işlər və problemlərlə bağlı fikir mübadiləsi aparıb, daha sonra Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatının sədri Şəhla Abdullayeva ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin Ucar şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə çiçəklər qoyub. 

Həmin gün eyni zamanda rayonun Şəhidlər Xiyabanında Vətən uğrunda canlarını fəda etmiş Şəhidlərimizin məzarları ziyarət edilib, dualar oxunub.

Deputat qəbuluna yazılan 60-a yaxın seçicinin hər birinin arzu və istəklərini, eyni zamanda qaldırmış olduqları problemlərini, vətəndaşların hər bir təklif və tələbini diqqətlə dinləyib və qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara çatdırılması müzakirə olunub. Görüşdə bir qisim seçici artıq həllini tapmış məsələlərlə bağlı deputat Ramil Həsənə dərin təşəkkürlərini ifadə ediblər.

Qaldırılan məsələlərin içərisində ən çox şikayətlər kəsilmiş əlillik pensiyalarının bərpası, mübahisəli torpaq sahəsi, işsizlik, sosial problemlərin həlli, su, qaz sayğacları və xətlərinin çəkilişi, o cümlədən asfalt yolların çəkilməsi olub.  Bunların hər biri Milli Məclisin deputatı tərəfindən dinlənilib, lazımı tapşırıqlar verilib və qısa müddətdə əhalinin bu qəbildən olan tələb və təkliflərinin müvafiq dövlət qurumlarına çatdırılması ilə bağlı tədbirlər görüləcəyi bildirilib.