YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə şəhid Əmrah Rəcəbovun anım günü qeyd olunub

Gəncədə Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək canından keçən qəhrəman Vətən oğullarından biri Əmrah Rəcəbovun anım tədbiri keçirilib.

İldönümü mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov, Kəpəz Bələdiyyəsinin sədri Yaşar Abdullayev, Gəncə Uşaq Evinin müəllim və sakinləri, Vətən müharibəsi iştirakçıları, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Gəncə şəhərində yerləşən Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edib, üzərinə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhidin əzizlərinə, dostlarına başsağlığı verərək onlara Allahdan səbr diləyib. Qeyd edib k, biz şəhidlərimizin Azərbaycanın qəhrəmanlıq tarixində müqəddəs bir rol oynadıqlarının şahidləri kimi onları daim minnətdarlıq hissi ilə anır və işıqlı əməllərini qəlbimizdə əbədi yaşadırıq.

YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açıb. Bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanması hər birimiz üçün qürurvericidir.

Gəncə Uşaq Evinin müəllim və sakinləri, şəhidin dostları, yaxınları da çıxış edərək Əhmədlə bağlı xatirələrini bölüşüblər. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Gəncə Uşaq Evinin sakini olan Əmrah Rəcəbov 2020-ci ilin 8 oktyabr tarixində Füzuli əməliyyatının gedişatında yaralanmış əsgər yoldaşını, döyüş mövqeyindən çıxartmağa çalışarkən yaxınlığına düşən mərmi nəticəsində şəhid olub. Uzun müddət itkin olaraq axtarılan Əmrah Rəcəbovun nəşi 23 fevral 2021-ci ildə tapılıb və Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

DİGƏR Xəbərlər Arxiv