YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Naftalan şəhər təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatı “İslam Həsənzadə küçəsi 197”, “İslam Həsənzadə küçəsi 19” ünvanları üzrə ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra ərazi partiya təşkilatlarının hesabat məruzələri dinlənilib. Ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş qiymətləndirilib.

İclaslarda təşkilati məsələlərə də baxılıb. “İslam Həsənzadə küçəsi 197” ünvanı üzrə ərazi partiya təşkilatına İlhamə Hüseynova sədr, Aybəniz Məmmədova sədr müavini, “İslam Həsənzadə küçəsi 19” ünvanı üzrə ərazi partiya təşkilatına Almaz Əliyeva sədr, Xalidə Abbasova sədr müavini seçiliblər.

Sonda YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb və partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.