YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müşfiq Cəfərov: Sahibkarlarımız azad olunmuş ərazilərimizin bərpasında fəal iştirak etməlidir

“Ölkə başçısı İlham Əliyev növbəti dəfə Ağdama səfər etdi. Bütün bu səfərləri Qarabağın dirçəlişi prosesinin tərkib hissəsi kimi qiymətləndirə bilərik. Cənab Prezident son illərdə ölkə üzrə bütün təmir-bərpa işlərilə şəxsən yaxından tanış olur. Bu da abadlıq-quruculuq işlərinə olan nəzarətin bəhrəsidir ki, artıq ölkəmiz gündən-günə gözəlləşir, abadlaşır”. Bu fikirləri Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, Ermənistan işğal dövründə bizim torpaqlarımızda  bütün infrastrukturu dağıdıb. Lakin bu gün Qarabağda quruculuq işləri ardıcıllıqla həyata keçirilir. Dövlətimizin başçısı bununla bağlı tez-tez tapşırıqlar verir, tövsiyyələrini bildirir. Xalqımızın istək və arzularını reallaşdırmaq niyyətində olan Prezidentimiz çalışır ki, azad olunan ərazilərimizdə tezliklə həyat bərpa olunsun, insanlar firavan, ömürlərini ata-baba yurdlarında davam etdirsinlər. Qarabağ tamamilə müasir üslubda, qədimliyini qoruyaraq bərpa olunur.

M.Cəfərovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işlərinin uğurla həyata keçirilməsi, eləcə də əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqinin xüsusi əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 28 may tarixli 1347 nömrəli Fərmanı ilə Ağdam rayonunda Ağdam Sənaye Parkı yaradılıb: “Cənab Prezident Ağdama ötən ilki  səfəri zamanı bu sənaye parkının təməlini qoymuşdu. Artıq bu dəfə Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin əsası qoyuldu. Müasir istehsal infrastrukturuna malik sənaye parkının yaradılması Qarabağda sənaye sahələrinin inkişafının, ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməklə yanaşı, istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutur. Bu ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, işğaldan azad olunmuş rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətli olacaqdır. Bu müəssisədə açılacaq olan yeni iş yerləri Ağdam əhalisinin işsizlik kimi bir problemlə üzləşməsinin qarşısını alacaq. Bəs bu müəssisələr necə açılacaq? Bunun üçün dövlət və yerli sahibkar birliyi gərəklidir. Başqa ölkələrə yatırımlar edən iş adamları öz doğma torpaqlarımıza investisiya qoymaqla dirçəliş prosesini daha da tezləşdirməlidirlər. Dövlətimiz sahibkarları dəstəkləyir, güzəştli kreditlər verir. Əlbəttə ki, bölgələrdə qurulacaq olan infrastruktur layihələrinin icrası sahibkarlıq üçün gözəl imkanlar yaradır”.