YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Saatlı rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib. Yığıncaqlar 4, 7, 8, 12, 14, 15 saylı və Saatlı Dəmiryolu Stansiyası ərazi partiya təşkilatlarında baş tutub.

Əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

Yığıncaqda təşkilati məsələlərə baxılıb. Yeganə Camalova 4 saylı ərazi partiya təşkilatının sədri, Elnur Həsənov sədr müavini, Elçin Qiyasov 8 saylı ərazi partiya təşkilatının sədri, Aqşin Məmmədov sədr müavini, Ramella İsmayılova 14 saylı ərazi partiya təşkilatının sədri, Mirkamal Zeynallı sədr müavini, 15 saylı ərazi partiya təşkilatına Vüqar Məmmədov sədr, Mikayıl Feyzullayev sədr müavini, Saatlı Dəmiryolu Stansiyası ərazi partiya təşkilatına Samir Əhmədov sədr, Ruslan Hüseynzadə sədr müavini, 7 saylı ərazi partiya təşkilatına Orxan Əliyev sədr, Vüsal Allahverdiyev sədr müavini, 12 saylı ərazi partiya təşkilatına İlkin Zeynalov sədr, Bəylər Əliyev isə sədr müavini seçiliblər.

Rayon təşkilatının sədri Lütvəli Şıxəliyev yeni seçilən sədr və sədr müavinlərini təbrik edib, işlərində uğurlar arzulayıb.