YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabadda pulsuz hüquqi yardım aksiyası keçirilib

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatında Vəkillər Kollegiyası tərəfindən Milli Məclisin deputatı Kamal Cəfərovun dəstəyi ilə vətəndaşlar üçün növbəti hüquqi yardım aksiyası keçirilib.

Görüşdə 62 vətəndaşın 68 müraciətinə baxılıb, şifahi və yazılı hüquqi məsləhətlər verilib. Həmçinin bəzi rayon sakinlərinin şəxsi məsələləri ilə bağlı mediasiya qurumlarına və məhkəmələrə müraciət üçün yazılı ərizələr tərtib olunub.

Vətəndaşlar pulsuz hüquqi yardımın təşkilinə görə təşəkkür ediblər.