YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: Dünya tarixində ən vəhşi soyqırım Azərbaycan xalqına qarşı edilib

«Dünya tarixində ən vəhşi soyqırım Azərbaycan xalqına qarşı edilib. Erməni quldurlarının Azərbaycan qarşı törətdikləri, dinc insanlara, Azərbaycan xanımlarına, qız-gəlinlərinə, qocalara verdiyi əziyyətlərin analoqu yoxdur, dünya tarixində belə vəhşiliyə təsadüf olunmur. Hətta faşist Hitlerin dövründə də ana bətnindən uşaqların çıxarılıb məhv edilməsi və digər vəhşiliklərə tarixdə təsadüf etmək mümkün deyil». Bu fikirləri AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, bütün bunlarla bağlı çox qiymətli sənədlər var. Onun sözlərinə görə, təəssüf doğuran hal isə dünyanın bunu görmək istəməməsidir.

Azərbaycan qarşı vəhşiliklər törədənlərin yalançı soyqırımlarının bəzi ölkələrdə müzakirəyə çıxarılmasını acınacaqlı hal hesab edən Y.Mahmudov qeyd edib ki, ermənilər dünyanın gözləri qarşısında bu gün də azərbaycanlılara qarşı soyqırımı siyasətini davam etdirirlər. Onun fikrincə, buna sübüt olaraq Xocalı soyqırımını misal gətirmək olar.

«31 Mart soyqırımı ilə bağlı sənədlər Fransada, Amerikada, İngiltərədə toplanıb. Onlar bu faktları bizdən də yaxşı bilirlər. İndi dünyaya nə lazımdır, gəlsin Quba məzarlığına, Şamaxıya, Göyçaya və digər rayonlarımıza görsünlər ki, orada nə qədər kütləvi məzarlıqlar var, hansı ki, ermənilər tərəfindən həyata keçirilən vəhşiliklər nəticəsində yaranıb. Bitərəf ölkələrin arxoloqları, tarixçiləri gəlib qazıntı işlərini aparsınlar və görsünlər ki, soyqırım kimlər tərəfindən törədilib»- deyə, Y.Mahmudov vurğulayıb.