YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Azərbaycan dünya üçün açıq bir ölkədir

«Azərbaycan ilk Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşır. İnanırıq ki, bu tədbir Avropanın idman tarixinə qızıl hərflərlə yazılacaq». Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, bəzi xarici dairələr bu möhtəşəm idman tədbirinin ölkəmizdə keçirilməsinə qısqanclıqla yanaşırlar. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq təşkilatlar qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirib.

«Müəyyən qüvvələr Azərbaycanı ancaq qara rəngdə təqdim etməyə çalışırlar. Lakin bu belə deyil, Azərbaycanın öz strateji xətti var. Ona görə də, Azərbaycanda bütün məsələlər öz həllini tapır. Azərbaycana qarşı qarayaxma kampaniyası aparan beynəlxalq QHT-lər erməni lobbisinin təsiri altındadır. Ancaq, hesab edirəm ki, bunların hər biri əhəmiyyətsiz bir şeylərdir. Ona görə də buna fikir də vermək lazım deyil. Çünki, dünya birliyi Azərbaycanı tanıyır. Azərbaycan dünya üçün açıq bir ölkədir»- deyə, R.Əliyev vurğulayıb.