YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zakir Həsənov: Hərbi islahatların davam etdirilməsi və qoşunların döyüş qabiliyyətinin artırılması 2022-ci ildə də prioritet məsələ olacaq

Hərbi islahatların davam etdirilməsi və qoşunların döyüş qabiliyyətinin, o cümlədən əməliyyat imkanlarının daha da artırılması 2022-ci ildə də prioritet məsələ olacaq.

Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 28-də Müdafiə Nazirliyində keçirilmiş kollegiya iclasındakı çıxışında deyib.

İclasda 2021-ci ildə xidməti-döyüş hazırlığının yekunları və 2022-ci tədris ilində qarşıda duran əsas vəzifələrdən danışan müdafiə naziri bildirib ki, ötən illərdə olduğu kimi, cari ildə də əsas diqqət Silahlı Qüvvələrin Ali Baş Komandanının Azərbaycan Ordusunun qarşısında qoyduğu bir sıra vacib tapşırıqların və bundan irəli gələn mühüm məsələlərin həllinə yönəldilib. 2021-ci ildə Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyətinin təhlili qarşıya qoyulan bütün tapşırıqların tam həcmdə yerinə yetirildiyini göstərib.