YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya səfiri: Regionda kommunikasiyaların açılması üzrə yaradılmış üçtərəfli işçi qrupu özünü doğruldub

Azərbaycan, Rusiya və Ermənistanın Baş nazirlərinin müavinləri səviyyəsində regionda kommunikasiyaların açılması üzrə yaradılmış üçtərəfli işçi qrupu özünü doğruldub.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov yanvarın 26-da keçirdiyi mətbuat konfransında deyib.

“Üçtərəfli işçi qrupunun formatı çox səmərəli oldu, ortaq dil tapıldı. Danışıqlar yaxşı, peşəkar şəkildə gedir. Biz Rusiyada Azərbaycan Prezidenti İlham Əliyevin regionda vəziyyətin və iqtisadi əlaqələrin normallaşması ilə bağlı səsləndirdiyi mövqeləri yüksək qiymətləndiririk, bu da bütün tərəflər üçün faydalı olacaq”, - deyə səfir vurğulayıb.

O qeyd edib ki, ötən il noyabrın 26-da Soçi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında baş tutan üçtərəfli görüş bu qrupun işinə əlavə təkan verdi. Səfir bildirib ki, üçtərəfli işçi qrupunun məqsədi birgə infrastruktur təşəbbüslərinin parametrlərinin müəyyənləşdirilməsini ən qısa zamanda başa çatdırmaq, Cənubi Qafqazda nəqliyyat və logistika layihələrinin icrasına başlamaqdır.

DİGƏR Xəbərlər Arxiv