YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağcabədidə 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibəti ilə ümumrayon tədbiri keçirilib

Ağcabədi rayonu Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibəti ilə ümumrayon tədbiri keçirilib.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, YAP Ağcabədi rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Rövşən Əhmədov, rayon təşkilatının kollektivi, hüquq mühafizə orqanlarının əməkdaşları, idarə-müəssisə rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, ziyalılar və rayon ictimayyəti 20 Yanvar, Xocalı soyqırımı şəhidlərini, 1941-1945-ci illər II Dünya müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini və 31 mart Azərbaycanlıların soyqırımını özündə əks etdirən möhtəşəm abidə kompleksi önünə və Qarabağ müharibəsi şəhidlərinin məzarları üzərinə tər qərənfillər düzərək onların əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbir iştirakçıları tərəfindən saat 12:00-da isə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.