Xəbərlər
Yanvarın 24-dən işğaldan azad olunmuş ərazilərə avtobus reysləri istifadəyə veriləcək

Yanvarın 24-dən Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə veriləcək.
Bu sözləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev deyib.
O bildirib ki, artıq hər bir marşrut üzrə sınaq səfərləri həyata keçirilib, istismar ediləcək avtobusların sinifləri müəyyən olunub. Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil ediləcək. Füzuli Beynəlxalq Hava Limanı-Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareyslər ilə uzalaşdırılacaq.