YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Azərbaycan iqtisadiyyatına xarici investisiyanın cəlb edilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin nəticəsidir

“13 yanvar 2022-ci il tarixində "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlinin qoyulması Azərbaycan iqtisadiyyatına bir sıra mühüm töhfələr verəcək.

Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. S.Vəliyeva bildirib ki, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa ediləcək "Xızı-Abşeron" Külək Elektrik Stansiyası il ərzində 220 million kubmetr təbii qaza qənaət etməklə yanaşı, Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması, enerji təminatının yaxşılaşdırılması və ətraf mühitin çirklənməsinin qarşısının alınması baxımından əhəmiyyətlidir: “Bu amillərlə yanaşı, "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının inşası bir sıra  mühüm iqtisadi əhəmiyyət daşıyır. "Xızı-Abşeron" Külək Elektrik Stansiyası Azərbaycanda qeyri-neft sektorunun inkşafına təkan verəcək, yeni iş yerləri yaradılacaq, qaz və elektrik enerjisinin ixracının artması nəticəsində dövlət büdcəsinə əlavə gəlirlər daxil olacaq”.        

Təməlqoyma mərasimində çıxış edən cənab Prezident İlham Əliyevin ilk olaraq bu münasibətlə bütün Azərbaycan xalqını təbrik etməsi ölkə başçımızın bir daha öz xalqına olan sevgisinin və hər zaman xalqı üçün çalışmasının göstəricisidir - deyən S.Vəliyeva əlavə edib ki, dünya iqtisadiyyatında böhranlarla yanaşı koronavirus pandemiyasının hökm sürdüyü bir zamanda "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlinin qoyulması və Azərbaycan iqtisadiyyatına xarici investisiyanın cəlb edilməsi İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin nəticəsidir. Eyni zamanda "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlinin qoyulması Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi qəbul olunmasının və Azərbaycana olan yüksək inamın göstəricisidir”.

DİGƏR Xəbərlər Arxiv