YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatının nümayəndələri 1 saylı uşaq evinin sakinləri ilə görüş keçiriblər

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının rəhbərliyi və fəalları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Nizami rayonu 1 saylı uşaq evinin sakinləri ilə görüşüblər.

Əvvəlcə uşaq evinin sakinlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Sonra uşaqlar rəngarəng səhnəciklər təqdim edib, musiqi nömrələri ifa ediblər.

Yeni ilin personajları olan Şaxta baba və Qar qızın şənliyə gəlib hədiyyələr təqdim etməsi uşaqların bayram ovqatını daha da artırıb.

Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami rayonu 1 saylı uşaq evinin direktoru Nərminə Zöhrabova, YAP Nizami rayon təşkilatı “Rüstəmov 66A” ərazi partiya təşkilatının sədri Rövşən Məmmədov uşaq evinin sakinlərini bayram münasibətilə təbrik edib, ölkədə uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan azyaşlılara göstərilən dövlət qayğısından, onların cəmiyyətə inteqrasiyası üçün yaradılan şəraitdən danışıblar. Bildiriblər ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu xeyirxah missiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmçinin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə uşaqların sağlamlığının qorunması, onların hərtərəfli inkişafı üçün həyata keçirilən layihələrdən də söz açılıb.