YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisini deputatı Ramil Həsən seçiciləri ilə görüşüb

Milli Məclisinin deputatı Ramil Həsən Qaradağlı kənd tam orta məktəbində Ucar rayonunun Qaradağlı, Alpout, Çiyni, Qazıqumlaq və Məlikballı kəndlərinin sakinləri ilə görüşüb.

Görüşdə seçicilərin müraciətlərinə həssaslıqla yanaşılıb, onların qaldırdığı kənd yollarının asfaltlanması, suvarma sisteminin təkmilləşdirilməsi, qaz xətlərinin çəkilməsi və sayğacların qoyulması, işsizlik, əlilliyin, sosial müavinətlərin təyin olunması kimi sosial, məişət, humanitar xarakterli bir sıra məsələlər diqqətlə dinlənilib. Müraciətlərin bir hissəsi yerindəcə həll olunub, araşdırılması zaman tələb edən digər məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq addımlar atılıb.

Görüş zamanı Vətən müharibəsi qazilərinin problemləri də dinlənilib.

Qeyd edək ki, R.Həsən kənd ərazisində səyyar-qəbul görüş də keçirib. Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti qurumlara müraciətlər hazırlanması qərara alınıb.