YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

XALQA XİDMƏT EPOXASI GƏNCLİK VƏ MÜDRİKLİYİN VƏHDƏTİNDƏ

Sadiq Qurbanov

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Bu yazıma şərəfli bir ömür yolu keçmiş müxtəlif təbədülatlardan, keşmə-keşlərdən, təlatümlərdən keçmiş Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin ömür səhifələrinin məna çalarlarına nəzər salmaqla başlamaq istəyirəm. O  hazırda Müzəffər Ali Baş Komandan ünvanı daşıyan qalib sərkərdə və  QALİB  xalqın lideridir! Onun ömür yolunda  bu ünvanı ona tarixi qələblərdən irəli gələn zərurət, eyni zamanda genetik amillər bəxş etmişdir.

Məsuliyyət аilədən başlayır desək yanılmarıq. Belə ki, bu atanın evin başçısı, ananın evin xanımı kimi, övladların isə övladlıq borcunun nədən ibarət olduğunu dərk etməsidir. Qeyd etdiyimiz bu ibtidai məsuliyyət cəmiyyətin bütün təbəqələrində və vəzifələrində görünənlərin məsuliyyətinə qədər əhatəli olur. 

Dövlətçilikdə məsuliyyət anlayışı       

Dövləti idarə edən rəhbərin məsuliyyəti isə millət və dövlət qarşısında özünün təsdiqini tapır. Burada, siyasi məsuliyyətin ancaq güclü ağıldan, əhatəli zəkadan güc aldığını qeyd etmək vacib şərtlərdəndir. Sözsüz ki, bu şəxsi amillər olmasa, siyasətin zərrə boyda incəliyi ilə tanış olmaq da mümkün olmaz. Yəni, siyasət-bəşəri ideyaları zərrə-zərrə qavramaqla, zəkaların gücünü duymaqla və düşüncələrin qüdrətini dərk etməklə ölçülən sistemdir. Dövlətçiliyi qoruyub saxlamaq, qüdrətləndirmək strategiyasının özü də olduqca güclü siyasi məsuliyyət tələb edir. Danılmaz faktdır ki, Heydər Əliyev tarixi şəxsiyyət kimi, dövlətçilik taktikalarını tam siyasi məsuliyyətlə həyata keçirən sərkərdələrimizdən biri kimi qürurumuzu gözümüzün işığı kimi qoruyan siyasi müdrikliyi, milli, mənəvi dəyərlərimizi dövlətimizin gücü ilə bəşəriyyətdə təsdiqləyən, siyasi məsuliyyəti isə dərindən dərk edərək heç bir səhvə yol verməyən siyasi liderimiz olmuşdur. 

İlham Əliyev məhz bu cür xarakterik xüsusiyyətlər malik dünya lideri olan Heydər Əliyevin ailəsində dünyaya göz açıb. Azərbaycan boyda bir məmləkətin ağırlığını öz çiyinlərində daşıyan Heydər Əliyevin ailəsində böyüyüb.  

 İlham Əliyev bu məsuliyyəti dərindən dərk edirdi. O, çıxışlarından birində deyir: “Mən fəxr edirəm ki, Heydər Əliyevin oğluyam. Mən bu duyğu ilə erkən yaşlarımdan yaşayıram və bu hiss mənim bütün ömrümdən keçib. Onun haqqında siyasətçi, şəxsiyyət, qeyri-adi qabiliyyətlərə, yüksək insani keyfiyyətlərə malik bir insan kimi çoxlu sayda kitablar, məqalələr, elmi araşdırmalar yazıblar. Amma məndən ötürü o, ilk növbədə, istəkli atadır, övladlarımın babasıdır.  Heydər Əliyevin oğlu olmaq böyük xoşbəxtlikdir və eyni zamanda  böyük məsuliyyətdir. Məsuliyyət, ilk növbədə, ona görədir ki, onun adına layiq olasan. Mən uşaq yaşlarımdan anlayırdım ki,  nə isə bir ədalətsizliyə  yol versəm, və ya nəyi  isə düz eləməsəm adamlar deyəcək: “Bunu Heydər Əliyevin oğlu törədib” Mənim yanlış hərəkətim mənim atama ünvanlanacaq. Amma mən buna heç zaman yol verə bilməzdim. Həmçinin mənim uğurlarım da Heydər Əliyevin adı ilə bağlıdır. Bəli mən həyatda nəyə nail olmuşamsa, bu, atamın mənə verdiyi tərbiyənin nəticəsidir. Heydər Əliyev qalibdir. O bütün zamanlarda qələbələr qazanıb və qazanır. Bunu hamı etiraf edir. Ancaq bəziləri heyrətə gəlib soruşurlar ki, o buna necə nail olur? Əlbəttdə, bu  suala tamamilə müfəssəl cavab vermək olar. Amma belə bir müxtəsər cavab yerinə düşər: “Xeyirxahlıq həmişə qalib gəlir”. Heydər Əliyevin qələbəsi ədalətin və həqiqətin təntənəsidir. Həqiqət onun varlığında, təbiətində, naturasındadır”...“Heydər Əliyev xalqın, millətin lideridir, Azərbaycanın simasıdır. Bu gün də Azərbaycanın  bir lider kimi ona ehtiyacı var, sabah da olacaqdır!” 

 İlham Əliyevin fikirlərinə sözardı. Tarix sübut etdi ki, Azərbaycanın bu gün  ehtiyacı olduğu lider məhz Ümummilli Liderin davamçısı İlham Əliyev özüdür!  

İlham Əliyevin ailə mühitindən  danışarkən anası körkəmli akademik Zərifə Əliyevanı xatırlamamaq mükün deyil. Zərifə xanım özü də böyük mənada ailə ənənələri olan körkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində böyümüşdür. Zərifə xanımın müdrik və nəcib ana obrazı İlham Əliyevin yetişməsində müstəsna rolu olmuşdur.  

İlk ictimai mühit orta məktəb illəri 

İlham Əliyevin özü  orta məktəb illərini belə xatırlayır: “Mənim üçün 6 nömrəli məktəb doğma, əziz məktəbdir. Mən on il burada bu məktəbdə oxumuşam. Bütün bu ətraf ərazilər mənim üçün doğmadır. Mənim uşaqlıq yaşlarım elə bu məhəllədə keçibdir. Hər bir insan kimi mənim üçün də məktəb illəri unudulmaz illərdir. Burada, məktəbdə mənə verdikləri biliklərə görə müəlimlərimə minətdaram və o xatirələri həmişə ürəyimdə saxlayıram” 

6 saylı məktəbin müəlliməsi Emma Kazımova Prezident İlham Əliyevin orta məktəb illərini belə xatırlayır: “ O, sinifin gözü idi, hər şeyi o dəqiqə başa düşən, enerjili qaynar təbiətli, ünsiyyətçil, həm də atasının yüksək  mənsəbindən sui-istifadə edən bəzi uşaqlardan fərqli olaraq sadə və mehriban. Yaşıdlarından hündür, yaraşıqlı sinifdə hamı ilə dostluq edən , həssas eyni zamanda da bütün tapşırıqları məsuliyyətlə yerinə yetirən  yaxşı şagrid təsəvvür edə bilirsinizmi? Bax bu İlham Əliyev idi”.

Maraq doğuran hadisə....

6 saylı məktəbin fizika müəllimi 10-cu sinifi bitirən İlham Əliyevə 4 qiyməti verdiyi üçün o qızıl medal ala bilmir. Həmin vaxtı o Azərbaycana rəhbərlik edən atası Heydər Əliyevə bu barədə heç bir şöz demir və aldığı bu qiyməti haqlı hesab etmişdir.  

6 saylı məktəbin başqa bir müəllimi Lüdmila Konstantinovna İlham Əliyevi belə xatırlayır: “Mən İlham Əliyevə 1972-1977-ci illərdə tarix və ictimayyət fənlərindən dərs demişəm. Enerjili, son dərəcə diqqətli İlham Əliyev öz yaşıdlarından seçilirdi. O, sinifdə yaşca kiçik olsa da, oxumaqda hamını üstələyirdi. Tarixi mövzulara, tarixi hadisələrin axarına  maraqla qulaq asardı”  

 Prezident İlham Əliyevin ali təhsili haqqında 

“Məni ali məktəbə beş ay sonra 16 yaşımın tamam olacağını rəsmi təsdiq edən arayışla qəbul ediblər. Təhsilin birinci ili daha məsuliyyətli idi. Bakıda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibinin oğlu kimi təhsil almaq bir şeydir, Moskvada bu cür cavan yaşda tamami ilə fərqli mühitdə təhsil almaq isə tamamilə başqadır. Amma mən atamı pis vəziyyətdə qoymadım, əvvəlcə institutda, sonra isə aspiranturada yaxşı oxudum”. 

İlham Əliyevin tələbə yoldaşı Teymur Yəhyayev Prezidentin tələbəlik illəri haqqında maraqlı xatirələrini paylaşır.  

İlham Əliyev polemik söhbətlər zamanı  əsəbləşmir, tutarlı dəlillərlə əsaslanaraq opponetlərini başa salırdı. Yadımdadır ki, bir dəfə Volodya adlı bir tələbə yoldaşımız mədəniyyətcə bizdən irəlidə olduqlarını söylədi. Cavab kəskin də ola bilərdi. Mən onda İlham Əliyevin təmkininə heyran qaldım. Təhqiredici ifadəyə qarşı heç bir qəlbsındıran söz işlətməyərək, sadəcə tarixlərin müqayisəsini verdi. ”İqor polku haqqında dastan”la “Kitabi-Dədə Qorqud” dastanı əsr fərqlərini misal gətirdi, Xəqaninin, Məhsətinin, Moskva şəhəri ilə yaşıd  Nizami Gəncəvinin adını çəkdi, şerlərindən parçalar söylədi. Diqqətlə qulaq asan Volodya işlətdiyi ifadəyə görə üzürhaqlıq əvəzi kimi, Nizaminin əsərlərini ona verməyini xahiş etdi. Sonralar həmin Vladimir Ştol xalqımızın dostuna, təəssübkeşinə çevrildi.  

Moskva həyatı və ilk siyasi fəaliyyət 

Moskva Dövlət Beynəlxalq Münasibətlər  İnstitunun professor  Yuri Dubinin: “O İnstitutu bitirəndən sonra siyasi işlə məşğul olmaq istəyirdi. Bunu özü  bizə söyləmişdi. O zaman İnstitutda  rayon komitəsi  hüququna malik çox güclü, böyük partiya  komitəsi  fəaliyyət göstəriridi. İlham Əliyev bizim institutun partiya komitəsində təlimatçı kimi fəaliyyətə başladı. O, işlərinə çox böyük məsuliyyətlə yanaşırdı. Çoxlu təşəbbüslər  irəli sürürdü. Hiss olunurdu ki, siyasi işlər onun xoşuna gəlir.  İlham Əliyev heç bir zaman bildirmirdi ki, o məhşur ailədəndir. Baxmayaraq ki, atası SSRİ boyda dövlətin rəhbərlərindən biri idi.    

Ali Təhsil ocağının sabiq rektoru  İlham Əliyevin elmi rəhbəri  Nikolay Lebedev: “Gənc aspirant olan İlham Əliyevin namizədlik dissertasiyasının mövzusunu o dövr üçün bəlkədə qəribə saymaq olar. Qapalı və totalitar  bir dövlət olan SSRİ-də  əsas mesajı azad cəmiyyət olan İngilis liberalizmi barədə  dissertasiya müdafiə etmək  statndartlardan kənar görünürdü, İlham Əliyevin məhz belə bir mövzunu- Böyük Biritaniyanın  Liberal Partiyası haqqında dissertasiya mövzusu götürdü. Mövzunu müstəqil seçən gənc İ.Əliyevin seçimi məni bir qədər təəcübləndirdi. Mən əvvəl bu mövzunun aktual olacağına əmin deyildim. Lakin aspirant məni seçiminin düzgünlüyünə inandıra bildi.    

Yeni Azərbaycan Partiyasındakı fəaliyyəti 

Yeni Azərbaycan Partiyasının 21 noyabr 2001-ci il tarixində  keçirilən II Qurultayı təşkilatın həyatında taleyüklü qərarlar qəbul etmişdir. Partiyanın Nizamnaməsinə dəyişikliklər edilmiş və yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev seçilmişdir. 15 oktaybr 2003-cü il tarixində  Prezident seçkilərində YAP Sədrinin birinci müavini, 26 mart 2005-ci il tarixdə keçirilən III Qurultayında isə yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir.  Xüsusi vurğulamaq gərəkdir ki, cənab İlham Əliyevin 1999-cü ildə Yeni Azərbaycan Partiyası Sədrinin müavini, 2001-ci ildə Sədrin birinci müavini, 2005-ci ildə isə Sədr seçilməsindən sonra partiyanın fəaliyyətində yeni mərhələ başlanmışdır.   

Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm!  18 il əvvəl böyük dövlət adamı Heydər Əliyevin dilindən səsləndirilmiş bu fikirlər    Azərbaycan tarixinə Müzəffər Ali Baş Komandan ünvanını qızıl həriflərlə yazmış  İlham Əliyev haqqında deyilməsi təsadüfi deyil.    

 Böyük siyasi xadim Heydər Əliyev  siyasi varisi İlham Əliyev haqqında   2003-cü il prezident seçkilərindən öncə xalqa müraciətində bildirdi: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".  

Bu sözlər təsadüfi deyilməmişdir.

Siyasi varislik, ata-oğul münasibəti dövlətçilik konteksində. 

İlham Əliyev: “Atam öz siyasi təcürbəsini adım-addım mənə ötürür, bu və ya digər vəziyyətdə özünün necə hərəkət edə biləcəyini mənə izah edirdi”.      

İlham Əliyevin müsahibəsindən.  

- “...Neçə dəfə eşitmişəm ki, arxamca deyirlər: “Onu atası qabağa çəkir”, yaxud  “Heydər Əliyev Prezident olmasa, İlham bu naliyyəti əldə edə bilməzdi”. Belələrinə nə cavab verəsən?  Bir neçə il əvvəl  müsahibələrimin birində mən belə cavab vermişəm.

- Belə şayələr  danışırlar ki,  Heydər Əliyev öz oğlunu Prezidentliyə hazırlayır. Niyə də hazırlamasın?  Hər ata istəyər ki, onun övladları əlçatmaz zirvələrə yüksəlsin. Bu, tamamailə  normal arzudur. Prezident öz oğlunu elə tərbiyə etmişdir ki,  o həyatda şəxsiyyət ola bilsin və xalqın rifahı naminə onun işini davam etdirsin. Əgər İlham Əliyev belə bir pilləyə qalxıbsa, deməli, atasının əməyi boşa getməyib. Bu da yenə onun siyasətidir. 

Hər bir ölkə üçün hakimiyyət varisliyi çox aktualdır.  Yaxşı məlumdur ki, sabitlik cəmiyyətin məqsədyönlü və dinamik vəziyyətinin rəhnidir. Bu tarix boyu dəfələrlə təsdiqini tapıb. Ona görə də Heydər Əliyevin öz xələfi barədə  narahatçılıq keçirməsi təbiidir. Bundan əlavə, o öz xələfini əvvəlcədən hazırlamağa başlamışdır. Atam öz siyasi təcürbəsini adım-addım mənə ötürür, bu və ya digər vəziyyətdə özünün necə hərəkət edə biləcəyini mənə izah edirdi.  

Ancaq o əvvəlcə məni dinləyir, bəzən razılaşır, bəzəndə etiraz edirdi. Mən getdikcə daha tez-tez Azərbaycan Prezidentinin  rəsmi danışıqlarında iştirak edirdim. Adətən susur, baş verənləri əxz edirdim.  

İndi mən tam əminəm ki, Heydər  Əliyevin tutduğu yol Azərbaycanın uğurlu və təhlükəsiz inkişafının ən mühüm amildir. Təbii ki bu yol müəyyən düzəlişlərlə davam etdirilməlidir. Uzun illər və onilliklər boyu. Mən qətiyyətlə bunu gerçəkləşdirməyə çalışacam.

Siyasi varisliyin ən parlaq  nümunəsi olan  İlham Əliyev  fenomeninin sirri onun yüksək diplomatik bacarığı, çevik düşüncəsi və müdikliyindən doğan uğurlu fəaliyyətidir.    

İlham Əliyevin hakimiyyət dönəmini səciyyəvi xüsusiyyətlərinə görə epoxa adlandırsaq yanılmarıq. İlham Əliyev fenomeninin sirlərinə və onun siyasi potensialının gücünə bələd olmayan oppenetləri həmçinin xaricdə siyasi iştahını Cənubi  Qafqaza salan güc mərkəzləri onun  hakimiyyəti saxlaya bilməyərək iflasa uğrayacağı fikirini cəmiyyətə aşılamaq istəyirdilər. Təbii ki, bu onların gerçəkləşməyən arzuları idi.     

Yeniliklərə doğru addımlar...

İlham Əliyev daima məmurlara sadə olmağa həmçinin vətəndaşların xidmətində dayanmağa təşviq etmiş, həmçinin vətəndaşlara yüksək xidmətin təmin olunması məqəsədi ilə əməli fəaliyyət göstərmişdir. Bu sırada  Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini “ASAN xidmət” mərkəzlərinin yaradılması şəffaflığın təmin olunması və vətəndaşlara yüksək xidmət göstərilməsi ilə bağlı ən gözəl nümunədir. Əvvəlcə paytaxtda fəaliyyət göstərən “ASAN xidmət” mərkəzləri artıq rayonlarda öz fəaliyyətini genişləndirməkdədir.  

İlham Əliyevin hakimiyyəti dönəmində təsadüfi deyil ki, ÜDM artım tendensiyasına görə Azərbaycan dünya ölkələri sırasında öncül yerlərdə qərar tutmuşdur. Onun hakimiyyəti dönəmində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi, TAP layihəsi, Avropanı Asiya ilə birləşdirən Bakı–Tbilisi–Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi energetika və nəqliyyat infrastrukturunun tərkib hissəsi olan transmilli layihələr icra edilməkdədir.   

İlham Əliyevin dönəmində  “Azerspace-1”, “Azersky” və “Azerspace-2” peyklərini kosmosda uğurlu fəaliyyətinə nail olumaqla ölkəmiz dünyada az sayda  orbitdə peyki olan ölkələr sırasına daxil olmuşdur.    

Azərbaycan Ordusunun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində atılan  ardıcıl  addımlar nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer almışdır. 27 sentaybr 2020-ci il əks həmlə əməliyyatından sonra isə Azərbaycan Ordusunun apardığı əməliyyatlar hərbi mərkəzlərdə öyrənilməyə başlamışdır. 30 illik işğala 44 gün ərizndə son qoyan Ali Baş Komandan İlham Əliyev məhz bu müharibədə MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN ünvanı qazandı.  Bu ünvan ona Azərbaycan tarixinin son iki yüz ilində işğal edilmiş torpaqlarımızı düşməndən hərbi gücü ilə  geri alan  yeganə sərkərdə olaraq verilmişdir.  

Vətən müharibəsi onun sərkərdəlik  məharətin qabarıq şəkildə üzə çıxdı. Diplomatik gedişlər, açıqlamalar, görüşlər və xarici KİV-lərə verilən irimiqyaslı müsahibələr onun  nə qədər bacarıqlı diplomat və siyasətçi olduğunu göstərdi. BMT-dən sonra dünyada ən böyük siyasi qurumu olan  Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Prezidenti  İlham Əliyevin sədrlik müddətinin daha bir il artırılması onun qlobal liderlik səylərinə verilən yüksək dəyərdir.  

İlham Əliyevin tarixi qələbəsinin təntənəsi olan  Azadlıq meydanında  keçirilən ZƏFƏR paradı bu şanlı qələbənin ən gözəl təcəssümdür. Azərbaycan xaqlının qalib xalq kimi, böyük xalq kimi yaşamağa haqqı olduğunu söyləyən İlham Əliyev Bakının mərkəzində yaratdığı “Qənimətlər Parkı” zəfər müjdəli Prezidentin qələbəsinin daha bir simvolu oldu.    

 Bu tarixi qələbədən sonra cənab İlham Əliyev ölkəmizin inkişafında  yeni quruculuq dönəminin başladığını elan etdi.  Bu siyasəti prioritet istiqmətlərinə görə aşağıdakı kimi qruplaşdırmaq olar.  

  1. Ordu potensialının daha da gücləndirlməsi 
  1. İşğal olunmuş ərazilərin təhlükəsiliyinin təmin olunması 
  1. İşğal olunmuş ərazilərin yeni infrastrukturunun formalaşması 

Əsası ümummilli lider  Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu siyasət Azərbaycan xalqını etibarlı  gələcəyə aparan ən doğru yoldur!   

Turk dünyasına xidmət və türk dünyasının gücləndirilməsi  

Prezident İlham Əliyev: “XXI əsr türk dünyası əsri olacaq!” 

İlham Əliyevin tələbə yoldaşı T.Yəhyayev: “ O, zamanlar (Sovetlər dönəmində) bizə düşmən obrazı kimi təqdim olunan Türkiyənin qardaş olduğunu İlham Əliyevin söhbətlərindən bilmişdim...” 

Türk dilli dövlətlərin siyasi-iqtisadi və mədəni konteskdə birləşdirlməsi  ideyasının kerçəkləşməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəsna xidmətləri danılmazdır. Məhz sözügedən qurumun təsis edilməsi ilə bağlı ilk toplantının da Azərbaycanın qədim yaşayış məskənlərindən olan Naxçıvan şəhərində keçirilməsi də təsdüfi deyil. Yaxın tariximizə  nəzər salaq 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində Azərbaycan, Qazaxıstan, Qırğısıstan və Türkiyə dövlətlərinin iştirakı ilə tarixi bir addım atıldı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi imzalandı. Türk dünyasının və türk xalqlarının inteqrasiyasının təmin olunmasında bu qurumun təsis edilməsi çox böyük addım oldu. Saziş Azərbaycan Respublikası Parlamenti tərəfindən təsdiq edilərək beynəlxalq müqavilə statusu qazandırıldı.  “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişi preambula hissəsində birgə fəaliyyətin əsas aspektləri öz əksini tapır. Sənəddə  qeyd edilir ki, siyasi çoxqütblülük, iqtisadi və informasiya qlobalizasiyası proseslərinin inkişafı şəraitində regionda sülhün möhkəmləndirilməsi, təhlükəsizlik və sabitliyin təmin edilməsinə birgə töhfə verilməsini arzulayaraq, ümumi qurum çərçivəsində qarşılıqlı əlaqənin dövlətlər və onların xalqları arasında xoş qonşuluq, vahidləşmə və əməkdaşlıq üçün geniş potensialdan faydalanmağa şərait yaratdığını hesab edərək, Türkdilli dövlətlərin başçılarının Zirvə Toplantısında təsdiqini tapmış qarşılıqlı etimad, qarşılıqlı fayda, bərabərlik ruhu, qarşılıqlı məsləhətləşmələr və ümumi inkişafa yönəlmiş niyyətlərdən çıxış edərək, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüququn ümumi qəbul olunmuş prinsip və normalarına, o cümlədən suveren bərabərlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı, həmçinin beynəlxalq sülh, təhlükəsizlik, xoş qonşuluq və dostluq münasibətlərinin inkişafının qorunması və dövlətlər arasında əməkdaşlıq prinsiplərinə sadiqliklərini əsas tuturlar.  Sənədin preambula hissəsində vurğulandığı kimi qurulan bu təşkilat özünün əsas fəaliyyətini beynəlxalq  hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə uyğun müəyyənləşdirmişdir. Qurumun məqsəd və vəzifələrinə gəlincə sözügedən sazişin 2-ci maddəsində qarşılıqlı maraq doğuran xarici siyasət məsələləri, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində və beynəlxalq forumlardakı məsələlər üzrə ümumi yanaşmanın araşdırılması; 

beynəlxalq terrorizm, separatçılıq, ekstremizm, insan alveri, narkobiznesə qarşı mübarizədə fəaliyyətin əlaqələndirilməsi, həmçinin narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə nəzarət üzrə beynəlxalq siyasətə yardım göstərilməsi; 

siyasi, ticari-iqtisadi, hüquq mühafizə, təbiətin mühafizəsi, mədəni, elmi-texniki, hərbi-texniki, təhsil, enerji, nəqliyyat, kredit-maliyyə və ümumi maraq kəsb edən digər sahələrdə səmərəli regional və ikitərəfli əməkdaşlığın təşviqi; 

əmtəələrin, kapitalın, xidmət və texnologiyaların hərəkətinin asanlaşdırılması, maliyyə və bank əməliyyatlarının sadələşdirilməsi məqsədilə ticarət, investisiyalar, gömrük və tranzit prosedurlarının gələcəkdə sadələşdirilməsi üçün əlverişli şəraitin yaradılmasını nəzərdə tutur.  

Göründüyü kimi qurum öz ətrafında birləşdirdiyi dövlətləri ümumi məqsədlər naminə bütün spektrlərdə istisnasız olaraq beynəlxalq regional  fəaliyyətlərini təşviq edir.  

Həmçinin qurumun 22 avqust 2012-ci ildə Bişkekdə təşkil olunan   II Zirvə görüşündə ayrıca bayrağının qəbul edilməsi də  təşkilatın üzunmüddətli perespektivdə fəaliyyətinin göstəricilərindəndir.  

Qurumun üzvlərinin sıralarının artması vaxtı ilə Azərbaycan, Qazaxıstan, Qırğısıstan və Türkiyə dövlətləri tərəfindən təsis edilmiş bu quruma artıq Özbəkistan, Türkmənistan və Macarıstanda qoşulmaqla artıq üzv dövlətlərin sayı 7-ə çatmışdır. Üzv dövlətlərin əhalisinin sayı 150 milyondan artıq əhalini 4 milyon kv. km ərazini əhatə edir.  

Hətta türk dilli olmayan xalqlar və dövlətlər tərəfindən bu quruma üzv olmaqla bağlı fikirlər səsləndirilməsi bu   təsisatın gələcəkdə böyük bir güc mərkəzinə çevrilməsi perespektivindən xəbər verir.   

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsi isə siyasi əhəmiyyət daşıyır  

Bir məsləni də   qeyd etmək  lazimdir ki, Türk Dövlətləri Təşkilatının üzvü olan dövlətlərin hər birinin digərləri ilə müxtəlif sahədə  ikitərəfli münasibətləri mövcuddur lakin bu dövlətlərin bir  təsisat altında birləşdirliməsi onların ümumtürk xalqlarının müxtəlif istiqamətlərdə   birgə inkişaf starategiyasının  müəyyən olunmasına səbəb olacaqdır.    

 Türk Dövlətləri Təşkilatının ilk təsis toplantısının məhz Naxçıvanda keçrilməsi də rəmzi xarakter daşıyır. Naxçıvan Muxtar Respublikası Türkiyə-Azərbaycan münasibətlərində Qars müqaviləsi konteksində  xüsusi əhəmiyyət daşıdığı kimi, Ali Baş Komandan cənab İlham Əliyevin Ali Orden aldığı son  toplantı da təsdüfi deyil ki, Türkiyənin müstəqlillik və demokratiya adasında keçirilmişdir. Həmin toplantıda çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qurumun təsis toplantısındakı çıxışına istinad edir. Bu yadaş xatırlatması təsadüfi xarakter daşımır. Cənab Prezident tarixi yaddaşı bir daha təzələyərək bu təşkilatın üzunmüddətli məqsədlər üçün qurulduğunu vurğulayır. Gəlin həmin toplantıdan Prezident İlham Əliyevin çıxışına diqqət edək.   

İlham Əliyev 3 oktyabr 2009-cu il tarixdə qurumun Naxçıvanda keçirilən təsis yığıncağında türk xalqlarının ortaq dəyərlərindən danışaraq bildirir: ”Biz beynəlxalq təşkilatlarda əməkdaşlıq edirik. BMT-də, İslam Konfransı Təşkilatında, ATƏT-də və digər təşkilatlarda bizim ölkələrimiz bir-birinə həmişə dəstək verir və bu, belə də olmalıdır. Çünki, bizi müştərək tarix birləşdirir, tarixi-mədəni köklər birləşdirir. Dünən bütün türkdilli ölkələrin istedadını və incəsənətini təmsil edən konsertdə səslənən mahnılar bir daha onu göstərir ki, bizim xalqlarımız bir-birinə nə qədər yaxındır. Biz öz işimizi bu möhkəm təməl üzərində qururuq. Bizim birliyimiz təkcə ölkələrimizi gücləndirmir, bizim birliyimiz böyük mənada regional əməkdaşlığın da çox vacib amilidir.” 

Həmçinin Prezident İlham Əliyev ilk toplantıda əməkdaşlığın istiqamətlərini müəyyən edərək bu fəaliyyətin spektirlərini göstərir. Prezident İlham Əliyev əməkdaşlıq istiqamətlərini 4 kateqoriyaya ayırır. 

  1. İqtisadi və Neft -Qaz sənayesi   
  1. Beynəlxalq münasibətlər   
  1. Hümanitar-mədəni   
  1. Nəqliyyat-loqistika 

Göründüyü kimi bu kateqoriyalar iqtisad və siyasi münasibətlərin bütün spektrlərini əhatə edir. Prezident İlham Əliyevin ilk toplantıda starteji olaraq səsləndirdiyi fikrilər artıq bir çıxları gerçəkləşir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin reallaşması, Bakı-Tbilisi- Qars dəmir yolu xəttini çəkiliş, TÜRKSOY təşkilatının fəaliyyətini buna misal çəkmək olar. Türk xalqlarının mədəni inteqrasiyasında bu qurumun böyük rolu danılmazdır.      

 Bu müddət ərzində üzv dövlətlərin 4-dən 7-yə qalxması,  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsi həmçinin “Türk dünyasına baxış - 2040” sənədinin qəbul edilməsi  bu qurumun  uzuzunmüddətli persepektivə hesablandığının göstərcisidir.   

Bu günlərdə Azərbaycanın dövlət sərhəddində erməni təxribatlarının intensiv şəkil almasıda Türk dövlətlərinin birgə fəaliyyətindən və  inteqrasiyasından narahat olan ermənilərin isterikasının bir nümunəsidir.   

Dünyanın siyasi və iqtisadi sferasında böyük potensiala malik olan türk xalqlarının gələcək strategiyasının müəyyənləşdirlməsində Türk Dövlətləri Təşkilatının müstəsna rol oynayacağına böyük ümidlərlə Tanrı türkü qorusun deyirik!       

Prezident İlham Əliyev və ailə dəyərləri

Mən ailə dəyərlərinə cənab Prezidentin öz sözləri ilə başlamaq istəyirəm. Cənab Prezident: ”Mən qəti inanıram ki, ailə hər şeydən əvvəl , həmfikirlər deməkdir. Ailə- kişi və qadın bənzər həyat prinsipləri və mənəvi  dəyərləri olan iki adamdır. Ona görə də, mənim fikirmcə, ailədə bu sözün radikal mənasında “müxalifət” olmamalıdır.

Bir çox məsələdə Mehribanla mənim baxışlarım ümumidir. Biz təxminən oxşar mühitdə böyümüşük. Ötən əsrin bütün çətinliklərinə baxmayaraq, öz ideallarına, mənəvi dəyərlərinə, milli ənənələrinə sədaqəti qoruyub saxlamış  Azərbaycan ziyalılarının ailəsindənik. Belə köklərə mənsub olmaq əsl xoşbəxtlikdir.  O, Prezidentin həyat yoldaşı olsa belə, qadındır, o ailədə dincliyin, həmahəngliyin, sevginin  qarantıdır. Mənim üçün çox vacibdir ki, inanılmaz dərəcədə  dolğun və gərgin  iş günündən sonra  evə gələndə  mənim başa düşür və dəstəkləyir.  Mehriban İctimai fəaliyyətlədə məşğul olmağa macal tapır.  

Mehriban Əliyeva azad düşüncəyə, ülvi məqsədə, böyük qəlbə malik nəslinin ailəsinin ən nəcib kefiyyətlərini özündə birləşdirən, cəmiyyətin inkişafına  dəyərli töhfələr verən, fəaliyyəti ilə müasir Azərbaycan tarixinin bir hissəsinə çevrilən qətiyyətli və ciddi rəhbər, eyni zamanda Şərq gözəlliyini təcəssüm etdirən zərif və məlahətli qadın, xeyirxah və müdrik şəxsiyyətdir.....O  uzun illərdir ki, ictimai-siyasi, mədəni və beynəlxalq sferalarda fəaliyyətdə vacib rol oynayır, ümumilikdə çoxtərəfli və uğurlu fəaliyyət göstərir. Mən onun Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsində məhz bu amilləri rəhbər götürmüşəm... O, peşəkar, təcrübəli və prinsipial insandır, humanistdir”. 

Əlbətdə, Mehriban xanımın fəaliyyəti uğurlu bir azərbaycanlı qadınının nümunəsidir və hər kəsdə qurur hissi doğurur. Onun “dövlət başçısının xanımı kimi mənim üçün ən vacibi o olmuşdur ki, mən öz ölkəm üçün nə edə bilərəm” fikri təkcə daxili gözəllik, zənginlik və ya təvazökarliq kimi deyil, Azərbaycan qadınlarına bir çağrış kimi qiymətləndirilməlidir. Eyni zamanda bu fikirlər şərq ölkələrinə xas olan “siyasət yalnız kişilərin işidir” kimi stereotipləri dağıdaraq Azərbaycan qadınının və ailəsinin möhtəşəm obrazını yaradır.

Oğlu  Heydər Əliyevə münasibətdə cənab İlham Əliyev  bildirir ki, “mən çalışıram ki, oğlumla imkan daxilində daha çox birlikdə vaxt keçirim. Oğlan uşağı üçün çox vacibdir ki, atası təsadüfdən-təsadüfə deyil, həmişə yanında olsun.”

 Odur ki, nümunəvi ailə dəyərlərinə malik olmaq, cənab Prezidentin belə bir ailə dəyərlərinə mənsub olması cəmiyyətdə humanizim ideayalrının bərqərar olmasına sirayət edir və cəmiyyətin bütövləşdirərək yeni inkişaf prespektivlərinin təməlini yaradır.