Xəbərlər
Azərbaycanlı investorlar ötən il Gürcüstana 302 milyon dollar həcmində sərmayə qoyublar
2014-cü ildə Gürcüstan iqtisadiyyatına qoyulan xarici investisiyaların həcmi 1 milyard 272 milyon ABŞ dolları təşkil edib. Bu, 2013-cü illə müqayisədə 39 faiz və ya 914 milyon dollar çoxdur.
Bu barədə Gürcüstan Milli Statistika Xidməti (Qruzstast) məlumat yayıb.
Məlumatda deyilir ki, Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr sırasında Azərbaycan ikinci yerdədir. Azərbaycanlı investorlar bu ölkənin iqtisadiyyatına 302 milyon dollar sərmayə qoyublar. Bu da ümumi sərmayələrin 24 faizini təşkil edir.
“Qruzstat”ın məlumatına görə, siyahıda birinci yerdə 331 milyon dollarla Niderland dayanır. Çin Xalq Respublikası isə 195 milyon dollarla üçüncü yerdədir.