YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin sədri AŞPA-nın məruzəçisi ilə görüşüb

Martın 13-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının siyasi işlər və demokratiya komitəsinin məruzəçisi Robert Uolterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Oqtay Əsədov Robert Uolterin çox çətin bir missiyasının olduğunu söyləyib və onun bu işin öhdəsindən layiqincə gələcəyinə inandığını deyib. Parlament sədri Robert Uolterin ədalətli və prinsipial fəaliyyətini yüksək qiymətləndirib.
Oqtay Əsədov Avropa Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi qərarlara Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb.
Robert Uolter Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərdə son dövrlərdəki gərginliyi nəzərə alaraq hesabat tərtib etməli olduğunu söyləyib. Bildirib ki, hesabatda, eyni zamanda, son 20 ildə baş verən proseslər, problemin hələ də həll olunmamasının səbəbləri və münaqişə nəticəsində qaçqın və məcbur köçkün vəziyyətinə düşmüş insanların vəziyyəti öz əksini tapacaq.