YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qırğızıstan Prezidenti və Maltanın Baş naziri III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edəcəklər

Qırğızıstan Prezidenti Almazbek Atambayev və Maltanın Baş naziri Cozef Muskat III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edəcəklər.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, bu məqsədlə onların aprel ayının sonunda Azərbaycana səfəri planlaşdırılır. Səfər çərçivəsində A.Atambayev və C.Muskatın III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirakı ilə yanaşı, bır sıra rəsmi görüşləri də gözlənilir.
Qeyd edək ki, III Qlobal Açıq Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən aprelin 27-30 Bakıda keçiriləcək. Tədbirdə onlarla ölkədən hazırkı və sabiq dövlət, hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, ekspertlər, alimlər olmaqla 350 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulub.
Forumda etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı kimi bir sıra qlobal məsələlər müzakirə ediləcək.