YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağcabədi rayonunda şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirilib

Ağcabədi rayonunda Vətən müharibəsinin ildönümü ilə əlaqədar şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüşlər davam etdirilir. 

Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, YAP Ağcabədi rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Rövşən Əhmədovun iştirakı ilə partiya nümayəndələri rayonun bir qrup Vətən müharibəsi qazilərini - Hacıbədəlli kəndindən Rahib Sadıqov, Xəyal Rzayev, Şənlik kəndindən Rəşad Həsənov və Şahsevən kəndindən İntiqam Əliyevi evlərində ziyarət ediblər.

Təşkilat əməkdaşları onların döyüş yolu ilə bağlı xatirələrini dinləyib, qayğıları ilə maraqlanıblar. R.Əhmədov əsgər və zabitlərimizin Koroğlu, Babək ənənələrinə sadiq əsl qəhrəman kimi döyüşmələrindən, Ali Baş Komandan İlham Əliyevin həm hərbi, həm siyasi həm də diplomatik müstəvidə qələbə ilə nəticələnən fəaliyyətindən bəhs edib.

Görüşlərdə qazilər Vətən uğrunda döyüşlərdə hər an canlarından keçməyə hazır olduqlarını bildiriblər. Qeyd ediblər ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqımızın orduya dəstəyi daim onları Qələbəyə ruhlandırıb.

YAP Ağcabədi rayon rəhbərliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə qazi, I qrup əlil İntiqam Əliyev qələbənin əldə edilməsində həm hərbçilərimizin, həm də hər bir Azərbaycan vətəndaşının əməyi və xidməti olduğunu qeyd edib. Döyüş zamanı ağır xəsarət alması nəticəsində daxili orqanlarına ciddi zərər dəysə də, sağ ayağını bud nahiyəsindən itirsə də lazım olarsa yenidən döyüşlərə qatılmağa hazır olduğunu bildirib.