YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beyləqanda şəhidlərin anım mərasimləri keçirilib

Vətən Müharibəsi zamanı qəhrəmancasına şəhid olan Beyləqan rayon Milabad kənd sakini, çavuş İsgəndərov Əlizamin Həmid oğlunun və Yeni Mil qəsəbə sakini, çavuş Abışov Babək Vaqif oğlunun il mərasimləri keçirilib.

Mərasimlərdə Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının nümayəndələri də iştirak ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub. Keçdikləri döyüş yolları barədə söhbət açılıb və valideynlərinə dərin hüznlə başsağlığı verilib.