YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Kənan Nadirlinin ailəsi ziyarət olunub

YAP Cəlilabad rayon təşkilatının rəhbərliyi və partiya fəalları rayonun Kövüzbulaq kənd sakini Vətən müharibəsi şəhidi Nadirli Kənan İlqar oğlunun ailəsini ziyarət ediblər.

Təşkilat nümayəndələri şəhidin ailə üzvlərinin qayğı və problemləri ilə maraqlanıb, Kənanın Vətən müharibəsində nümayiş etdirdiyi şücaətdən danışıblar.

Şəhidin doğmalarına rayon təşkilatı tərəfindən Kənan Nadirlinin əziz xatirəsinə ehtiram olaraq hazırlanan videofilm təqdim olunub.

Qeyd edək ki, şəhid Kənan Nadirli 2020-ci il noyabrın 6-da Qubadlı uğrundan gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, o, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarına layiq görülüb.