YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şabranda Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Şabran rayonunun Ceyranlı kəndində Vətən müharibəsi şəhidi Babayev Sahil Coşqun oğlunun ildönümü mərasimi keçirilib.

Anım tədbirində YAP Şabran rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Mehdi Balabəyov, partiya əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid ailəsi ilə görüşən partiya nümayəndələri onların qayğı və problemləri ilə maraqlanıblar.

Daha sonra şəhid Sahil Babayevin xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub. 

Qeyd edək ki, YAP Şabran rayon təşkilatında “Şəhid ailələrinə qayğı” aksiyası bundan sonra da davam edəcək.