YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatı “Əhməd Cavad 16” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

YAP Səbail rayon təşkilatı “Əhməd Cavad 16” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Ərazi partiya təşkilatının sədri Səyyad Salahlı hesabat məruzəsi ilə çıxış edərək ötən dövr ərzində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Məruzə ətrafında geniş müzakirələr aparılıb və ərazi partiya təşkilatının hesabatı qənaətbəxş hesab olunaraq qəbul edilib.

Sonra partiya təşkilatının rəhbər orqanlarının yeni tərkibi seçilib. Yığıncaqda çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev hesabat məruzəsini və ərazi partiya təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirib.  

44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən də danışan sədr qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin elan etdiyi “Qarabağ Azərbaycandır və nida” şüarı xalqımızı qələbəyə səsləyən rəhbər çağırışı idi. Onun sözlərinə görə, Vətən savaşında cəmiyyətimizin nümayiş etdirdiyi səfərbərlik xalqımızı dövlət başçısının ətrafinda sıx birləşdirdi.

Daha sonra Muxtar Nağıyev yeni seçilən sədr və müavini təbrik edərək iclas iştirakçılarını partiyanın işində daha yaxından iştirak etməyə çağırıb.