YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zaqatalada Şəhid Sayad Hacıyevin ildönümü mərasimi keçirilib

Zaqatalada Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan rayonun Bazar kənd sakini Hacıyev Sayad Azad oğlunun ildönümü mərasimi keçirilib.

Anım tədbirində YAP Zaqatala rayon təşkilatının rəhbərliyi, Zaqatala Rayon İcra Hakimiyyətinin nümayəndələri, Zaqatala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, qazilər iştirak ediblər.

Onlar şəhidin məzarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzüb, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Daha sonra şəhid ailəsini ziyarət edərək onların qayğı və problemləri ilə maraqlanıblar.

Ailə üzvləri göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.