YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Mehriban Əliyeva: Ana müqəddəs simadır

“Qadınların hüquqlarının qorunmasında Azərbaycan bir çox nailiyyətlər əldə etmişdir. XX əsr Azərbaycan qadınının həyatında yeni dövrün başlanğıcı hesab edilə bilər... XX əsrin sonunda ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra qadınlar yeni imkanlar əldə etmişlər. Müasir Azərbaycanda elə bir sahə yoxdur ki, orada qadınlar iştirak etməsin. Onlar idarəçilik, hüquq mühafizə və ədliyyə orqanlarında təmsil olunurlar. Onlar biznes fəaliyyəti ilə məşğul olur, siyasi və ictimai proseslərdə iştirak edirlər.” Bu fikirləri Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin “Gender bərabərliyi: de-yure və de-fakto bərabərliyinin təmin olunması” mövzusunda VII konfransında çıxışı zamanı söyləmişdir.  

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qeyd etmişdir ki,  Azərbaycan xalqının adət-ənənələrində qadına çox böyük hörmət və qayğı ilə yanaşılır. Ailə dəyərləri cəmiyyətimizin ən mühüm və qiymətli dəyərləri olmuş və olaraq qalır. Azərbaycanlılar üçün ana müqəddəs simadır. 
 

 
 

DİGƏR xəbərlər Arxiv