YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını davam etdirir

Ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını davam etdirən  YAP Xətai rayon təşkilatı Mehdi Mehdizadə 48/2, Mehdi Mehdizadə 48/4, Yusif Səfərov 22  ərazi ilk partiya təşkilatlarında topantılarını keçirib. Hesabat-seçki yığıncaqlarında  məruzələr dinlənilib, çıxışlar əsasında hesabat dövründə  görülən  işlərə münasibət bildirilib.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yığıncaqlarda çıxış edərək Azərbaycanın uğurlarından, qarşıdakı dövr üçün müəyyənləşdirilən prioritetlərdən bəhs edib. Bildirib ki, hazırda ölkəmizin həyatında yeni dövr başlayıb. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işləri həyata keçirilir: «44 günlük İkinci Qarabağ müharibəsində birliyimiz, həmrəyliyimiz sayəsində 30 ilin işğalına necə son qoyuldusa, bu gün də həmin birliyimizin sayəsində  bərpa işlərini uğurla başa çatdıracağıq.  Dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də də hədəflər  və onlara nail olmağın mexanizmləri öz əksini tapıb.»

V.Rəhimzadə Azərbaycanın uğurlarında ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, hazırda Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının böyük rolu olduğunu önə çəkərək məhz  postmünaqişə dövrünün  reallıqları əsasında keçirilən YAP-ın    VII qurultayında qəbul olunan qərarların  qarşıya qoyduğu  yeni vəzifələrdən bəhs edib. Vurğulayıb ki,   partiyanın hər bir rayon və şəhər təşkilatı bu vəzifələrin uğurlu icrasına öz töhfələrini verməyə səy göstərir. Bu baxımdan  YAP Xətai rayon təşkilatı  fəaliyyətini daha da canlandıraraq, sıralarında birləşdirdiyi minlərlə üzvün birgə səyləri əsasında    üzərinə düşən  vəzifəni layiqincə yerinə yetirməyə çalışır. 

Hesabat seçki-yığıncaqlarında təşkilati məsələlərə baxılıb.  Xatirə Sadıqova YAP Xətai rayon təşkilatının Mehdi Mehdizadə 48/2 ərazi ilk partiya təşkilatının sədri, Samirə Səfərova sədr müavini,  Səmərqənd Rzayeva Mehdi Mehdizadə 48/4 ərazi ilk partiya təşkilatının sədri,  Fərhad Quliyev  sədr müavini, Yeganə Cabbarlı  Yusif Səfərov 22   ərazi ilk partiya təşkilatının sədri, Məryəm Rzayeva  sədr müavini seçiliblər.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb.

DİGƏR Xəbərlər Arxiv