YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici işlər naziri Ceyhun Bayramov Serbiya Prezidenti ilə görüşüb

Oktyabrın 12-də Azərbaycanın Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubiley tədbiri çərçivəsində Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç tərəfindən qəbul edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüş zamanı Azərbaycan və Serbiya arasında yüksək xətlə inkişaf edən əməkdaşlıq məmnunluqla vurğulanıb, strateji münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə iki ölkə arasında imzalanmış sənədlərin əhəmiyyətinə toxunulub və bu sazişlərin ikitərəfli əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyi qeyd olunub.

Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevi Serbiyaya rəsmi səfər etməklə bağlı dəvətini çatdırmağı xahiş edib.

Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.