YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

RF Prezidenti: Qoşulmama Hərəkatı beynəlxalq məsələlərdə çox mühüm rol oynayır

Qoşulmama Hərəkatı beynəlxalq məsələlərdə çox mühüm rol oynayır, bütün dövlətlərin qeyd-şərtsiz bərabərliyi, onların suverenliyinə və qanuni mənafelərinə hörmət prinsiplərini ardıcıl surətdə müdafiə edir,

BMT Nizamnaməsinin ruhuna və hərfinə ciddi riayət etməklə konstruktiv çoxtərəfli dialoqu dəstəkləyir.

Bu fikirlər RF Prezidenti Vladimir Putinin Qoşulmama Hərəkatının yüksək səviyyəli yubiley iclasının iştirakçılarına və qonaqlarına məktubunda yer alıb.

Putinin məktubunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov səsləndirib. O, yubiley tədbirinin təşkilinə görə Azərbaycan Prezidentinə və Serbiya Prezidentinə təşəkkür edib, Rusiyaya müşahidəçi statusu verilməsi barədə yekdilliklə qərar qəbul edilməsinə görə təşkilatın üzvlərinə minnətdarlığını bildirib.

Rusiya Prezidentinin məktubunda qeyd edilir ki, bu gün - dünyada turbulentliyin getdikcə artdığı, bəşəriyyətin çoxlu sayda təhdid və təhlükələrə qarşı mübarizə aparmalı olduğu şəraitdə Qoşulmama Hərəkatının pozitiv potensialına xüsusi tələbat var.

Prezident V.Putin Qoşulmama Hərəkatının böhranların nizamlanmasında fəal iştirakının, daha demokratik və sabit dünya nizamının qurulması, dünya birliyinin üzvləri arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsi üzrə kollektiv səylərə sanballı töhfə verməsinin vacibliyini vurğulayıb.

Məktubda deyilir: “Ölkəmiz yaxın vaxtlarda Qoşulmama Hərəkatı yanında müşahidəçi statusu əldə edib. Şübhəsiz, bu, regional və qlobal gündəlikdə aktual məsələlərin həllində, bütün dünyada təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasında qarşılıqlı fəaliyyət üçün yeni imkanlar yaradır”.