YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sabirabad rayon təşkilatının rəhbərliyi şəhid ailəsini ziyarət edib

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının rəhbərliyi və fəalları 44 günlük İkinci Qarabağ müharibəsinin ildönümü ilə əlaqədar şəhid ailələrini ziyarət tədbirlərini davam etdirməkdədirlər.

Belə ki, YAP Sabirabad rayon təşkilatının rəhbərliyi və fəalları rayonun Qasımbəyli kəndində olan şəhid Musayev Bayram Mehman oğlunun ailəsi ilə görüşüb, qayğıları ilə maraqlanıb və şəhidmizin əziz xatirəsini ehtiramla yad ediblər.
Qeyd olunub ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olmuş hərbçilərin ailələrinin, Qarabağ müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin sosial məsələlərinin həlli daim diqqət mərkəzindədir.
Şəhidlərin doğmaları onlara göstərilən diqqət və qayğıya görə müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.