YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatının fəalları şəhid abidələrinin ətrafında abadlıq işləri aparıblar

Dövlətimiz tərəfindən Birinci Qarabağ müharibəsi, eyni zamanda, Vətən müharibəsi şəhidlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində görülən işlər, şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, məişət problemlərinin həlli məqsədilə həyata keçirilən layihələr bu gün yüzlərlə insanı əhatə edir.

Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası Zəfərimizin qəhrəmanları olan şəhidlərimizin, qazilərimizin vətənpərvərlik yolunun təbliğində fəal iştirak edir, şəhidlərin ailələrinə, hərbçilərə diqqət və qayğısını reallaşdırdığı tədbirləri ilə təsdiqləyir.

YAP Xətai rayon təşkilatının Rayon İcra Hakimiyyəti ilə birgə şəhidlərin anım mərasimlərinin təşkilində, xatirə lövhələrinin, onların  adlarını daşıyan parkların açılışında fəal iştirakı da  bu qəbildəndir.  Eyni zamanda, YAP Xətai rayon təşkilatının fəalları mütəmadi olaraq şəhid abidələrinin və  baralyeflərinin ətrafında abadlıq və təmizlik işləri həyata keçirirlər.

Allah şəhidlərimizə rəhmət eləsin!