YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leyla Abdullayeva: Şuşaya səfərlər təşkil etməklə təbliğat-təşviqat işinə töhfə verməyə çalışırıq

Bu gün Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin mətbuat məsələləri üzrə cavabdeh şəxsləri və xarici jurnalistlər Şuşaya səfər ediblər. Məqsəd həm işğal dövründə Şuşada həyata keçirilmiş qanunsuz fəaliyyətlə bağlı, həm də hazırda aparılan bərpa-quruculuq işləri ilə əlaqədar onları, beynəlxalq nümayəndəlikləri ətraflı məlumatlandırmaqdır.

Bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva söyləyib.

“Bundan əvvəl Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların ümumilikdə 100-dən çox nümayəndəsinin Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Şuşa şəhərinə səfəri təşkil olunmuşdu. Bunun ardınca diplomatik nümayəndəliklərin mətbuat məsələləri üzrə cavabdeh şəxslərinin və xarici jurnalistlərin səfərini təşkil etməklə biz təbliğat-təşviqat işinə töhfə verməyə çalışırıq”, - deyə Leyla Abdullayeva qeyd edib.