YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Politoloq: Sarkisyan hakimiyyətini qorumaq üçün cəbhədə yeni təxribatlara əl ata bilər

«Hazırda Ermənistanı yeni böhran bürüyüb. Bu böhran daha çox hakimiyyət uğrunda böhranda özünü göstərir». Bu fikirləri YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, erməni müxalifəti, xüsusilə parlamentdə təmsil olunan üç partiya bu il Ermənistanda erkən parlament və prezident seçkilərinin keçirilməsini tələb edib. Onun sözlərinə görə, amma Sarkisyan istefaya getməyəcəyini bəyan edib.

«Ermənistanda baş verənlər göstərir ki, nə Sarkisyanın, nə də müxalifətin geri çəkilmək niyyəti yoxdur və ölkədə vəziyyətin gərginləşməsi proqnozlaşdırılandır. Belə olan vəziyyətdə Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində atəşkəsin pozulması hallarının intensivləşməsi qeydə alına bilər. Hətta, Ermənistanın növbəti hərbi təxribatlarının olması da istisna deyil. Sarkisyan hakimiyyətini qorumaq üçün cəbhədə yeni təxribatlara əl ata bilər»- deyə, politoloq qeyd edib.